Post views: counter

7 Eylül 2015 Pazartesi

Bir qadını olmalı kişinin...


Bir qadını olmalı kişinin
səhərlər səsinə ayılıb, öpüşünə oyanmalı
pərdəni sıyırıb günəşin şəfəqini gözünə salmalı
kişisindən öncə qalxıb çayın ətrini odaya doldurmalı...

Bir qadını olmalı kişinin
təravətli geyimlərlə əynini quşadan
boynuna qalstuk bağlayan
bəyaz köynəyinin qol siyah qol düymələrini ayarlayan...

Bir qadını olmalı kişinin
axşamları əsrarəngiz yemək masası quran
tünd çay süfrəsində mizahi anlatımlarla gününü soran
yorğunluğunu alıb kənara atan...

Bir qadını olmalı kişinin
gecə filmini başını sinəsi üstünə yaslayıb izləməli
təninin ətrindən bihuş olub dincliyini gidərməli
rahatlığı onda taparaq ruhunu təslim etməli...

Bir qadını olmalı kişinin
gecəsini gündüzündən fəqrləndirən
rəngarəng baxışlarla hisslərini dilləndirən
eşq dilində danışıb, vücuduna qovuşmağa tələsən...

Bir qadını olmalı kişinin
dostu, sirdaşı, sevilisi, həyat yoldaşı
bütün marağı, günü, saatı, birlikdəlik axtarışı
onunla birlikdə var oluşu...

Bir qadını olmalı kişinin
birlikdə matç izləməli
eyni formanı geyib, qol sevinci paylaşmalı
çığlıqlarla alt qonşuları rahatsız etməli...

Bir qadını olmalı kişinin
qoluna girib yürüyərkən qürur duymalı
qadınının gözəlliyindən qısqanclıq deyil, fəxr yaşamalı
yenidən o qadına hər gün aşiq olmalı...


07.09.2015

2 yorum:

 
Post Views Script by MBT -->