Post views: counter

3 Eylül 2015 Perşembe

Şəhərə gecə gəldi...


Kimlik soruşurdu künc başında,
yolu gözləyən ayrılıqlar.
Vaxtı gəlmişdi artıq,
ağlayırdı zülmət çökmüş odalar.

Şəhərə gecə gəldi az əvvəl...
Xoş gəldi!
Tünd rəngli idim mən...
Bütün kölgələrim qara idi
ayaq səslərim bənövşəyi.
Gün batımı şüşədən qədəh
rüzgarlarım boz rəngli.

Şəhərə gecə gəldi az əvvəl...
uğultusu duyuldu qaranlıq odalarda.
İşıq saçılan sarıya boyanmış kimsəsiz küçələr
yalnızlığını yaşayır həmin anda.

Gecə özü ilə, kim bilir, neçə yalnızlıq gətirib,
durğunluq sunub səssiz camdan eyvanlara...
Lal olub günəş, danışmaz artıq səhərə qədər
dili çözüləcək olsa,
kim bilir, gecədən şikayət edər nələr-nələr...

Gecənin boğduğu ümidlər
qan ağlayardı onun gəlişi ilə.
Dik dayanan ümidlərin rezonans qorxusu
canını yaxardı səhərə qədər qaranlığın.

Səhərin dördündə bir çığlıq yaşayırdı
qurulmuş zəngli saat misalı oyanardı həmin radələrdə...
Günün çığlığı yayılmaqda ətrafa
gecə toplamalı artıq yükünü gətirdiyi çiyinlərdə.

Səhərin altısı...
Şəhərə aydınlıq gəldi az əvvəl...
Xoş gəldi, on iki saatlıq günün misafiri...

03.09.2015

0 yorum:

Yorum Gönder

 
Post Views Script by MBT -->