Ana içeriğe atla

Kişilərin daşıya bilmədiyi qadınlar...


Kişilər, nailiyyəti olan, uğur əldə edən, zirvəyə yüksəlib orada qalmağı bacaran qadınları həyat yoldaşı kimi daşıya bilmirlər.  Toplumda söz sahibi olan qadın azad düşüncəli, sərbəstdir və ayaqları üzərində dayanmağı o kişini tanıyana qədər öyrənmişdi. Kişilər bacarıqlı, kültürlü, yüksək biliyə sahib, zəkası geniş və dünyagörüşlü xanımlarla bir ortamı paylaşmaqdan böyük zövq alarlar, o ortamda belə bir xanımla ünsiyyət, dostluq onlara qürur verər. Hətta sevgili belə ola bilərlər. Amma söz qonusu o xanımı həyat yoldaşı etməkdirsə, bundan qaçarlar. Səbəbi çox sadədir. Bir kişinin içində daşıdığı özgüvən nə qədər böyük olmalı ki, o qadının varlığını, onun həyat yoldaşı olma psixologiyasını qaldıra bilsin... İlklərdə bəsit fikir kimi görünə bilər. Amma yaşantıya gəlincə niyə bu “bəsit” hesab etdikləri fikrin çəkisindən qorxurlar?!

Azərbaycan kişisi evlənərkən bu hallara xüsusi diqqət edir. Hətta bir zaman öncəsinə qədər oxumuş, ali təhsilli qadın bəyənilmirdi və evlənmək üçün normal evlilik adayı sayılmırdı. Bu, indiki dövrümüzdə bəzi kişi təfəkküründə hələ də qalmaqdadır. Evlilik həyatı üçün savadsız, çox da üstün zəkaya sahib olmayan, bilgisi qısıtlanmış, dünyaya və ən əsası cəmiyyətə açılmamış qadınlara üstünlük verirdilər. Bu kişilərin ağlınca evdə oturan, heç bir texnologiyadan başı çıxmayan, kitab qapağı qaldırmayan qadın həyat yoldaşı kimi daha idealdır və baş ağrısızdır. Çünki bu qadın ömür yoldaşını sorğulamaz, evdən kənar həyatına qarışma haqqına sahib olmaz, yaşam alanı dairələnmişdir. Kişi, evdə oturan və ona sadəcə övlad doğub, onun qayğıları ilə məşğul olan, həyatı dairələnmiş və o dairədən kənarda heç bir şeyin olmadığına inanan bir qadınla daha rahat həyatını yaşayar.  Bir də əksini düşününün...

Özgüvən bir kişinin qadınını sərbəst buraxması və normal həyat yaşaması üçün vacib faktordur. Özgüvəni olmayan kişi toplumsal həyata atılmış həyat yoldaşını qısıtlamağa məhkumdur. İçində yaranan bəsit qısqanclıqlar, aşırı çərçivələmələr ikisinin də həyatına mane olacaq və nəticədə çözülməsi mümkünsüzə çevrilən sorunlar meydana çıxacaq. Bu üzdən kişilərin ailə qurmaq üçün ideal qadın seçimləri yuxarıda qeyd etdiyimiz formada olanlardan ibarət olur.

Özgüvəni olan, qadınının ağırlığını daşımağı bacaran, ona aid olan həyat yoldaşının zirvələri fəth etməsi (yazar, jurnalist, mühəndis, mühasib, sayt-qəzet rəhbəri, TV təsisçisi, layihələr müəllifi, məşhur bir cərrah, deputat, diplomat, hüquqşünas-vəkil ... və.s) nədənilə qürurlanan kişi daima onun dəstəkçisidir. Belə ailələr ziyalı təbəqə hesab olunur və ailədən əlavə, həm də yaxşı iş yoldaşı, yaxşı iki müsahib, həmsöhbət və dost olurlar. Ortaq həyatı, ortaq mövzuları və müzakirələri olan insanların yaşamı daha üstün, daha rəngarəng və uzunömürlü olmağa müvəffəqdir.

Sizə aid olan qadının intellektual çəkisindən qorxmayın, ona sərbəstlik verməkdən çəkinməyin. Dəstək olub, yanında, arxasında olmaqla həyatınızı asanlaşdırın, bəsitlikdən kənar, xaruquladə bir yaşam seçin...


Aysel Abdullazadə 
06.09.2015


Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar