Ana içeriğe atla

Kimdir yalnız QADIN?

Yalnız QADIN…
Niyə məhz yalnız kişi yox, yalnız qadından yazırıq? Çünki bu toplumda 'yalnız qadın' birləşməsi daha çox mövzu içərir, daha çox yüklüdü, daha ağırdı mənası, daha dərindi açması. Çünki bu toplumda bir düşüncə hakimdi: qadın kişidən asılıdır. Yalnızlığı ilə mutlu və hüzurlu olmadığını düşündüyümüz qadınlardan əziyyət çəkirik həm də və toplum olaraq bu əzabı onlara da yansıdırıq.
Yalnız qadın bəyənilməyən, tərcih edilməyən, oxumayan, bir becərisi olmayan, çalışmayan, uşaq doğmayan, qab yumayan, ev təmizləməyən qadın deyil.
Yalnız qadın övladı olmadığı üçün yaşım keçir deməyən, evliliyi həyat məqsədinə çevirməyən, özgüvənini bir kişinin sevgisindən qazanmayan, gecikdim deyə qarşısına çıxan ilk kişini həyatına almayan, mutluluğunu bir adama bağlamayan qadındır.
İndi deyim sizə, yalnız qadın kimdir və niyə yalnız, 'qadındır?!'
Yalnız qadın gözləri ilə danışan, dərdlərini öz çiynində daşıyandı. Özü ilə danışmağı bacarmaq böyük bir səltənətdi.
Yalnız qadın kimsədən umacağı olmayan əsil qadındı. Bir gözləntinin olmaması səadətdi.
Yalnız qadın xəyallarını bir kişiyə bağlamayan, arzularını gerçəkləşdirmək üçün kişiyə ehtiyacı olmayan qadındı. Umacağı olmayan qadın özünü xoşbəxt etməyi bacarır.
Yalnız qadın 'Caron’s Poivre' ətrinə sahib olmaq üçün bir kişinin plastik bank kartını sahiblənməyən qadındı. Gərəkliliklərini qarşılamağı bacarmaq insan üçün öhdəlikdi.
Yalnız qadın öz ayaqları üstündə dik, alnıaçıq dayana bilən qadındı. Ayaqda durmaq üçün özünə inanmalı və ətrafa gözünü qapamalısan.
Yalnız qadın öz dünyası olan və o dünyada özünə sarıla bilən qadındı. Özünü sevməkdən başlamalısan.
Yalnız qadın özünə sayğısı olan qadındı.
Yalnız qadın sizin bildiyiniz yalnızlıqdan çox uzaqdadı.

Aysel Abdullazadə...


Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar