Ümidlərini tökmüşdü masaya
yaz yağışlarının döydüyü pəncərəsindən torpaq qoxusunu
ciyərlərinə çəkirdi.
İtirdiklərini düşündü...
və sonrasında qazandıqlarını bu yaşına qədər.
Təcrübələri daha ağır gəlirdi
həyat mizanında.
Bir qadın üçün həyat nədir?
- sevgimi,
övladmı,
bəlkə karyera?
Ya da sadəcə sıradan bir yaşam...
Rəngi bozarmış divardan asılan şəkillər danışırdı indi
İllərin verdiklərini və aldıqlarını sadalayırdı.
...Səssizcə,
pıçıltı ilə...
Pəncərə camına özünü çırpan yağmur damlalarının çığlığı
qovdu qəfil xatirələri.
Damlalar da haçalandı,
eynilə ümidləri kimi,
arzuları kimi...
Qaranlığın səsi gəlirdi uzaqdan.
Parlaq bir siyahlıq vardı içində
Bu gecə daha tünd,
daha uzun
və daha nəmli olacaqdı...
00:09 - 16.04.2015
Aysel Abdullazadə
Yorumlar
Yorum Gönder