Bir qadını yerişindən tanıyaram.
Addımları sakin, amma hüzursuzdursa,
möhtəşəm bir ayrılığın simfoniyası duyular.
Tələsik və yerə vurduğu ayaqlarının səsindən bilinər,
Ki, yerimək üçün deyil,
getdiyi yerə varmaq üçündür o addımlar...
Bir qadını gülüşündən tanıyaram.
İçdən güldüyü zaman dodağından öncə
qıyılan gözləri anladar
mutluluğunu.
Səssiz gülüşləri fırtına öncəsi səssizlikdir, biləcəksən.
Ta ötələrdən çığlığı duyularsa qəhqəsinin
qəlbindəki dərdin böyüklüyü açılar
"gül" kimi...
Bir qadını sevişindən tanıyaram.
Gözlərindəki işıqdan bilərəm sevgisinin çəkisini,
Və dəli bir gülümsəməsi,
heç dayanmayan susqunluğu,
yormaz qəlbinin aynasını.
Dodağına qondurduğu bir busə,
ürəyində uçuşan kəpənəkləri andırırsa,
bu, o Qadındır.
Aysel Abdullazadə
20.04.2016 - 16:04
Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür. - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan. - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir
Yorumlar
Yorum Gönder