Ana içeriğe atla

Şəhid anasının dilindən...


Bir qadın olaraq ən nifrət etdiyim cümlə:
"Vətən sağ olsun!"
Niyə sağ olmalı imiş?
Mən doqquz ay bətnimdə daşıyım, əl üstündə böyüdüm...
Qoxusuna, canına doymayım, gecə-gündüz başında gözləyim...
Saçının bir telinə belə qıya bilməyim...
Sonra təpədəki bir cərgə yol üçün, insanlıq bilməzlərin qəddarca apardıqları siyasətə qurban edim!
Səbəb?
Şəxsi mənafeləri, insanlıqla yaxından-uzaqdan əlaqələrinin olmamağı...

İllərlə əzbərlətdilər, illərcə canımızdan can aldılar...
Vətən sağ olsunmuş, niyə olsun?
Vətən də mənim, torpaq da...
Övladım olmayandan sonra mən niyə olum ki?
Leş sürüsü media yaxından çəkiliş verirdi, həmişə elə verməyə davam edir, acılı ananın göz yaşları ilə dodaqlarından tökülən cümləni.

"Vətən sağ olsun" deyir ana...
Əzbərlənmiş, beyinə qazınmış...
"Vətən sağ olsun" deyir mənə...
Soyunun davamına, canının yarısına qıyılmış.
Dövran dediyin də bir gün dönərdi, amma dönmədi...
Ac gözlü sürü qana doymadı, aldıqca aldı.
Verdikcə verdik...
Vətən sağ olsun, amma niyə?
Canın getmiş, qucağın boş qalmış, bir ovuc torpaq vermişlər əlinə,
göz yaşlarını tökə biləcəyi yer olsun deyə.
Bir də göstərişli bir cənazə...
Vətən sağ olsunmuş, niyə?
Yeyəcəyimiz iki qab yemək, bir qab su...
Əvvəllər bayramları birlikdə keçirdiyimiz qonşumuz düşmən.
O, haram, bu, günah, amma iş qan almağa gəlincə mübah!
Şəhidmiş, nə şəhidi, adam?
Sənin qanlı ağzınmı bəlirləyir şəhidliyi?
Dini inanc uğruna ölənə deyilir "ŞƏHİD"
səninki isə "QURBAN".
Oyan, anam,
Oyan, millətim...
Vətən sağ olsunmuş, övladına göz qoyulmuş...
OYAN!!!

Adsız bir anadan...




Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar