Ana içeriğe atla

Abşeron Qaz İstismar idarəsi abonentlərin problemini həll edə bilmir


Yenibaxis.az olaraq vətəndaşların şikayətlərini işıqlandırmaqda davam edirik. Bu dəfə yenibaxis.az saytının baş redaktoru Aysel Abdullazadə yaşadığı ünvanda təbii qazın olmamasından narazılığını bildirib. Həmin şikayət məktubunu olduğu kimi diqqətinizə çatdırırıq:

“Mən Abdullazadə Aysel Nizami qızı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, Səttar Bəhlulzadə küçəsində yaşayan sakinəm. Altı ildir, bu ünvanda yaşayıram. Xırdalan şəhərində mavi yanacaq – qaz sisteminin verilməsində böyük problemlər yaşayırıq. Xüsusən də, qış aylarında qaz verilməsi demək olar ki, dayandırılır.

Bu günlərdə, daha dəqiq, dekabr ayının 28-dən etibarən yaşadığım ünvana qaz verilməsi dayandırıldı. Qonşulardan maraqlandım, məlum oldu ki, qaz kəsilməsi ilə əlaqədar yenidən qaz verilərkən bizim sayğacda problem yaranıb (klapanlar qazı buraxmır). Zəif də olsa, qonşularda qaz yandığı üçün sayğacla bağlı problemə görə qaz idarəsinə müraciət etməli oldum.

Qaz idarəsi adına qeydiyyatlı olan beş ayrı-ayrı şəhər telefon nömrələrindən heç biri ilə əlaqə saxlamaq mümkün olmadı. Zəng olunan nömrələr ya məşğul göstərirdi, ya da dəstəyi qaldıran olmurdu. Yanvar ayının 6-na qədər bu şəkildə soyuqda qaldıq.

Nəhayət, Yanvarın 6-da Abşeron rayon Qaz İstismar idarəsinə getdim. Orada problemimlə bağlı məlumat verdikdən sonra onların edə biləcəyi bir iş olmadığını bildirdilər. Əlavə olaraq, sayğacla bağlı yaranmış problemə görə, mənə 104 və ya 185 nömrəli telefona zəng etməyimi, onlarla əlaqə saxlayıb məsələni onlara bildirməyimi “məsləhət gördülər”. İdarədə çalışan birinin: “çalış, bu nömrələrə düşə biləsən, əlaqə saxlaya bilsən, denən həll etsinlər” dedi. Bu “çalış, düşə bilsən” ifadəsi beynimdə sual işarəsi yaratdı. Nömrə 24 saat aktivdirsə, niyə də əlaqə saxlamaq belə çətin olsun ki?

Evə qayıdıb bu nömrələrə zəng edəndə həmin o idarədəki adamın fikrini tam olaraq indi başa düşdüm. 104 və 185 nömrələrinə dəfələrlə zəng etməyimə baxmayaraq, qarşı tərəflə əlaqə qurmaq mümkün olmadı. Nömrələrə zəng zamanı dəstəyi qaldıran operator belə olmadı.

Abşeron rayon Qaz İstismar idarəsindən şikayətçiyəm. Əvvəla, qaz sistemi kartla olsa belə, bir dəfə nəzarətçi qapımızı döyməyib. Kart sistemi dərdimizi də ona deməyimiz anlamınımı daşıyır? Əraziyə nəzarət edən müfəttiş və ya hansısa məsul şəxs yoxdurmu?

İkincisi, bu qaz idarələrində növ-növ nömrələr oyuncaq telefon xarakteri daşıyır yoxsa sadəcə görüntü məqsədlidir? Niyə bir Allah bəndəsi bu telefonu bir dəfə dəstəyini qaldırıb heç olmasa, “bizlik deyil” sözünü belə demir? Mütləq lazımdır ki, idarəyə baş çəkək?

Və son olaraq, 104 və 185 saylı nömrələrdə nə üçün sayğacların üzərində tək əlaqə vasitəsi kimi göstərildiyi halda, abonentlərin zənginə cavab verən olmur?

Bu qış soyuğunda dərdimizi kimə deyək? Bu işə məsul şəxslər kimlərdir? Mavi yanacağın normal təminatını kimdən tələb edək?
Yoxsa deyirsiniz, soyuqdan ölənin canı cəhənnəmə?”

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

yenibaxis.az


Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar