Ana içeriğe atla

“İnstaqramdakı iyrənclikdən iyrəndim!”


Aysel Abdullazadə yenibaxis.az üçün yazır:

"Azərbaycan 1990-cı ildəki keşməkeşlərdə gəncliyini də itirmiş oldu"

Mənə görə,  facebook bütün sosial şəbəkələri "döyər". Çünki tamdır, çox əhatəlidir. İstənilən mövzunu sərhədsiz şəkildə ictimailəşdirmək  üçün çox rahat bir alandır. Başında gerçək və işlək bir beyin daşıyan insan üçün buradan çox şey qazanmaq və elməyönəlik istəklər doğrultusunda müvəffəqiyyətə nail olmaq mümkündür.  

Bir neçə gün öncə instaqram sosial şəbəkəsində qeydiyyatdan keçdim. Şəkil çəkdirməyi sevən biri kimi sadəcə hobbi və əyləncə məqsədli istifadəsini düşündüm. Dostlarla bəzi məqamları paylaşmaq, sevincləri bölüşmək üçün əlverişli ola biləcəyi qənaətindəyəm. İki-üç şəkil paylaşdım və dostlarımı izlədikcə onların izlədikləri istifadəçilərə, səhifələrə nəzər yetirdim. 

Bu gəzişmələr zamanı qarşıma bir dublyaj səhifəsi çıxdı. Videolar və yüzlərlə bəyənilər, həmçinin şərhlər vardı. Bu qədər adamın zövqüncə olan, onları güldürən bu videolar marağıma səbəb oldu. Videoları izlədikcə yuxarıda qeyd etdiyim zövq məsələsini dırnaq içinə almış oldum. 10-a yaxın dublyaj proqramı ilə çəkilmiş video izlədim və gerçəkdən iyrəndim. İçimdə ürək bulandıran bir hiss keçirdim. Və bir şeydən əmin oldum. Azərbaycan 1990-cı ildə keçirdiyi böhranda öz gəncliyini də itirib. Və hələ də işğaldakı torpaqları kimi, o gəncliyi də bərpa edə, özünə qaytara bilmir.  

İnstaqramda dublyaj proqramında iyrənclik edən azərbaycanlı gənclik özü haqqında nə düşünür, görəsən? 

Dublyaj proqramının anasını ağladan gədələrdən, qızlardan rəsmən iyrəndim. Bu nədir? Bunlar nə fikirləşir, nə edirlər? 

Səviyyəsiz görüntü sərgiləyənlərin çoxu 90-ların (1993dən başlayan) uşaqlarıdır. Azərbaycanı bu gənclikmi xilas edəcək? 

Lüt bədənləri, alınmış qaşları ilə bayağı mahnıları yamsılayan, pişik səsi çıxaran, yataqda, hamamda, tualetdə video çəkən gədələrdənmi gələcəyi gözləyirik? 

Yoxsa dodaqlarını büzüb, sinələrini video qarşısına verib qəhqəhələr ucaldan qızcığazlardanmı? Topluma vətəndaş yetişdirəcək olan, gələcəyin ana adını daşıyan bu qızlar hansı nəslin təməli olacaq deyə düşünsək, başımızda tüklərimiz biz-biz olar.

Vətəni əsgər adı ilə düşmən tuzağından, savaşından bunlarmı qoruyacaq? 

Hanı Azərbaycanın ər oğulları, igidləri? Mübarizin, Fəridin, Orxanın ruhu bu əcaib gəncliyin "inkişafı" qarşısında əzilmirmi? Onlar bu gənclik, bu millət üçün canını torpağa tapşırıb, şəhid olub  axı, qarşılığını beləmi verməliydik?

Məni, millətimi, Vətənimi  lüt bədənini, alınmış qaşını səgiləyən, pişik səsi çıxararaq özünü 9 milyona (ən azı sadəcə Azəraycana) biabır edən gədələr, sinəsini qabardıb döşünü reklam edən qızlar qoruya bilməz!

Utanıram, o səviyyəsizliyi sərgiləyən gəncliyi baxımlı edən, 600-700 like ilə izləyən gəncliyimdən utanıram!

P.S: Komplekssiz olmaq başqa şeydir, tənqidi şəkildə nəyisə göstərmək olar, bu bayağılıq olmaz. Məsələn, Aka The One'nın videoları bu formatdadır.



YENİBAXIŞ.AZ

Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir...

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüd...

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan...