Post views: counter

29 Ocak 2016 Cuma

Adsız küçələr...


Adsız küçələr dar olur
Cansız cəsədini aparmağa gələn maşını sığdırmaz yollarına.
Adsız küçələr eqoist olur
Hər insanı qəbul etməz içindəki dəmir darvazalarına...

Adı olmur bu küçələrin
Elə işarətlə göstərirlər
Ya da yanındakı məşhur bir supermarket istiqamətini deyirlər...

Adsız küçələrdə yaşayan insanlar da eqoist olur
Digər küçələri adı ilə tanıtmazlar
Nəyəsə yönəlik tərif edərlər yolunu...

Bu küçələrdə balaca uşaqlar top oynayar yalnızca
Gizlənqaç oynamağa yerləri olmaz
Dar dalanda divarlar gizlətməz onları...

Bəzən bir ağaca görə tanınan bu küçə
“söyüd ağacının” məşhurluğunu yansıdar
Söyüd ağacının küçəsi olar...

Adsız küçələr heç vaxt unudulmur
Bu küçənin adsız sahiblərinin
Qəlbində böyüyür, unudulmur...


1 yorum:

 
Post Views Script by MBT -->