Ana içeriğe atla

Nazim Hikmətin "Qadın"ına açıqlama


"...KADIN"
Kimi der ki kadın
Uzun kış gecelerinde yatmak içindir.
Kimi der ki kadın
Yeşil bir harman yerinde
Dokuz zilli köçek gibi oynatmak içindir.
Kimi der ki ayalimdir,
Boynumda taşıdığım vebalimdir.
Kimi der ki hamur yoğuran.
Kimi der ki çocuk doğuran.
Ne o, ne bu, ne döşek, ne köçek, ne ayal, ne vebal.
O benim kollarım, bacaklarım, başımdır.
Yavrum, annem, karım, kızkardeşim,
Hayat arkadaşımdır.

...Şeir vardır, oxuyub keçərsiniz. Şeir vardır, içindən bir misrasını, bir dörtlüyünü bəyənər əzbərləyərsiniz. Bəzilərini cibinizdə daşıyar, dəfələrlə oxuyar, düşünərsiniz. Dostlarınıza oxudar, paylaşarsınız. Elə şeirlər vardır ki, mövzusu ilə baxış bucağınızı dəyişər. Eynilə mən də belə düşünür, belə inanıram deyərsiniz. Yeri gəldiyində o şeirlə daşı qayaya vurarsınız...

Nazım Hikmətin "Qadın" başlıqlı yuxarıdakı şeiri də mənim üçün, qadına baxış açımı ən gözəl şəkildə dilə gətirməyim istiqamətiylə mənalı və mesaj yüklü bir şeirdir. Oxumayan, oxuyub keçənlər var deyə yazımla paylaşmaq istədim.

Bəli, gərək cəmiyyətimizdə, gərəksə dünya cəmiyyətlərində qadın həmişə müzakirə mövzularının ilk sıralarında yer almışdır. Tarix boyunca insanların gündəmindən az qala bir an belə düşməmişdir. Kimiləri şeytan dedi qadına, Kimiləri mələk deyib qanadlı şəkillər etdi ona. Kimiləri quruda toruna sala bilmədiyi qadını balığa bənzədib quyruq etdi xəyalında, nə tilovlar atdı dənizə...

Oxumuş ilə oxumamış insanların bir çoxu həmfikir oldu. Qadını, ət və vücuddan ibarət görüb aç pişiyin ciyər gördüyündə axıtdığı suya bənzər, kəlimə-kəlimə sözlər axıtdılar ağızlarından. Sərxoşlar məzə, ayıqlar saqqız edib çeynədilər.

Kölə etdilər, bazarda satdılar. Həqarət deyib aşağıladılar. Qumarda sərmayə olaraq ortaya qoydular. Bəzən qızıldan daha bahalı bir ləl-cəvahirat kimi görüb investisiya etdilər, bəzən tənəkə qədər dəyərsiz görüb küçəyə atdılar.

Bəziləri ilahi kimi görüb, qadına tapındı. Bəziləri məxluq olduğunu bəlirtib, yerin 7 qat dibinə layiq gördü. Kimi utandı varlığından diri-diri torpağa basdırdı, kimiləri şeytanın uşağı deyə atəşdə yandırdı. Fahişə deyib daşladılar, təlxək edib alqışladılar.

Halbuki insana yaraşan baxış, ana olmuş hər qadına anaya baxar kimi baxa bilməkdi. Gənc bir qıza gələcəyin anası olacaq bacı gözüylə baxa bilməkdi. Çünki ana, cəmiyyətin təməlidir. Yoldaşa, həyat yolunda qol-qola, savaş yolunda yan-yana olacağı, güvənə biləcəyi ilk sırada yer alması lazım olan dost nəzəri ilə baxılmalıdır. Qadının da bir insan olduğu və kişidən zərrə qədər aşağı olmadığı şüurlara qazınmalıdır...

Əxlaqdan özünə ən böyük payı çıxaran əxlaq çığırtqanları, dönüb zehininə nəzarət etsin. Küçədə, bazarda, yolda, işdə birlikdə olduğumuz qadınlarımıza hansı gözlərlə baxırıq. Qiyafəsi açıq olsun, bağlı olsun fərq etməz. Özümüz üçün düşünmədiyimiz, düşünülməsini istəmədiyimiz baxış və əməllərdən uzaq dayanmağa məcburuq. Necə ki, mənim bir anam, bir yoldaşım, bacım, qızım, xalam, bibim varsa və bunlar mənim üçün müqəddəsdirsə, hər qadının da biriləri üçün müqəddəs olduqlarını unutmamaq lazımdır. Mənim üçün qutsal olan qadınlara edilməsini istəmədiyim bir iyrəncliyi bir başqasının müqəddəs varlığı olan qadına qarşı necə edə bilərəm? Necə düşünə bilərəm?
Belə bir düşüncəni, iyrənc bir hərəkəti bilərək işləmək demək, eyni şeyləri mənim qutsalıma da edə bilərsiniz demək mənasını vermirmi?

Hər qadın, ən az özüm qədər qiymətlidir. Hər qadın dünyanın ən gözəlidir. Hər qadın əsla qoparılmayacaq, incidilməyəcək, soldurulmayacaq ən gözəl çiçəkdən daha gözəl bir güldür. Hər qadın ana, bacı, yoldaşdır.
Belə baxar, belə bilir, belə inanaram.

Nazim Hikmətə- dahi şairə Allahdan rəhmət diləyirik...

Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar