Hər kəs bilir ki, insan olmaq, insan qalmaq üçün mütləq oxumaq lazımdır. Oxumayan insan səssizdir, boşdur. Səsləri səslərlə, fikirləri fikirlərlə ölçə bilmədiyi üçün özüylə, ətrafıyla, təbiətlə küskündür...
Oxuyan insan, könül bağçasını davamlı çiçəkli edən, ürək boxçasını gözəlliklərlə dolduran və sözü öz qınında paslanmaqdan qurtarandır.
Oxuyan insan, düşünən insandır. Düşünən, yəni aydınlığa qovuşan, zəkasını daha işlək, ruhunu daha dinc qılandır.
Oxumaq- aləmi dərk, həqiqətin qarşısına tikilən bariyerləri aşmaqdır. İşıqlı, ölçülü, dərin düşüncələrlə sonsuza açılmaqdır.
Oxumayan insan, hadisələri qıyaslaya bilməz. Müqayisə bacarıqları zəif olar. Beyin üçün ehtiyac, könül üçün bir zövq və düşüncə üçün gerçək bir idman olan oxumaqdan nəsibini almayan adam geriləyər bir müddət sonra.
Oxumayan fərdlərin keçən hər zaman içərisində sinir hüceyrələri daha sürətli bir şəkildə azalır, azalar və artıq digər toxuma hüceyrələri kimi yenilənməzlər.
Oxuyan insan, zamanı daha yaxşı qiymətləndirər. Məsuliyyət deyilən qavramı özündə barındırar.
Əlbəttə, oxuyan insanın dinclik qaynağı, məlumat mənbəyi, ümid qaynağı kitabdır.
Kitab - vaxtı məlumatla görüşdürmək, insanı ruhu ilə danışdırmaqdır. İstiqamətini kitaba çevirən insan ətrafını daha yaxşı görür. Müqavimət gücü yüksəkdir, ürəklidir.
İnsanın içindəki canavarı dizə gətirən kitabdır. Kitabı sevməyən insan, düşüncəni sevməyən insandır. Düşünə bilməyən, bu səbəbdən mədəni baxımdan heç formalaşmayan insandır.
İnsan, kitabdan qorxmamalıdır. Kitabdan qorxan insanın məsuliyyət hissi qalmaz.
Çağı tutmaq, çağlar əvvəlini anlamaq üçün ürəyimizi sevgiyə nizamlayan, kini və nifrəti silən, bizə istədiyimizi seçmə imkanı verən və zəkanı kübarlaşdıran kitablara yönəlməyimiz lazımdır.
Oxuyun, sevgiyə kitabdan başlayın, ali sevgiyə çatmaq üçün...
Aysel Abdullazadə
Yorumlar
Yorum Gönder