Post views: counter

5 Temmuz 2015 Pazar

Özləm fırtınası...


Qadın özləyərsə,
yaxınlaşmayın yanına.
Yandırar həsrəti sizin varlığınızı...

Qadın özləyərsə,
ondan soruşmayın
həsrətin necə bir şey olduğunu.
Sarılabilər sizə içindəki alovun qor atəşiylə...

Qadın özləyərsə,
dünyanı dayandıra, kainatı soldurabilər.
Qadının özləmi ilə
baharlar payıza, yaylar qışlara çevrilə bilər...

Qadın özləmişsə,
artıq yollar daha uzundur
Və qovuşmaları bilin ki,
daha qısadır...

Qadın özləyərsə,
qarlar dönə-dönə yağmaz bir daha.
Yağmurlar çiyinlərinizdən süzülməz...

Qadın özləyərsə sizi,
quşlar pəncərənizə vurmaz bir daha.
Yalnızlıq taleyi olur.
Ona görə, ayrılıqlar ölümüdür qadının...

Aysel Abdullazadə


0 yorum:

Yorum Gönder

 
Post Views Script by MBT -->