Sənə öyrəşmək - dənizin dibində burnunla nəfəs almaq
Sənə bağlanmaq - hər gün bir az daha
dozası artırılan morfin
Sənə inanmaq - sabahlarda günəşin təkrar doğmayacağını düşünmək kimiydi
Sənə güvənmək - son dəqiqədə qaçırdığın
metro qatarı kimiydi
Səni gözləmək- səhrada qızmar günəşin yandırdığı qumlarda yalın ayaq gəzmək kimiydi
Səni bilmək - iki vur ikinin nəticəsi qədər
dəqiq və dəyişməz
Səni tanımaq - ana bətnindən çıxıb
bilmədiyin bir dünyaya gəlmək kimiydi
Səni itirmək - ruhun bədəni tərk etməsi ilə
əsrarəngizliyə gedən yol...
Aysel Abdullazadə
08.05.2015
Yorumlar
Yorum Gönder