Post views: counter

12 Mayıs 2015 Salı

Aysel - bir neçə cümlə ilə...


Aysel, insan ruhunun dünya üzərində yaxşılıq gücü olduğuna inanan bir insan idi. İdealist idi, eyni zamanda romantik yapıya sahibdi. Hər insanın, həyatındakı çağırışı qəbul etsə, gerçək bir fərq yarada biləcəyinə qüvvətlə inanardı.

Sadə bir insan idi. Böyük kitabları, günbatımını, ulduzlarla dolu gecələri, çağlayan, ucsuz-bucaqsız dənizi, pambıq şəkəri və qalın bir dilim şokoladlı keksi çox sevərdi. Hamısından çox da insanları sevər, həyatını onların gerçəkdə kim olduqlarını kəşf etmələrinə köməkçi olaraq keçirərdi.

Zamanında çox səhvlər etmişdi. Amma onlardan dərs aldı. Bir çox fərdi acı çəkdi, amma bunlar sayəsində böyüdü.

O, heç bir zaman qorxularından qaçmadı. Tərsinə, onlara doğru qaçdı, belə etməklə də azadlığına qovuşdu. Xüsusi idi, cəsur idi və sevgi dolu idi.

Bir çox həyata təsir etdi və yoxluğunda çox darıxılacaq.

12.05.2015

2 yorum:

  1. Ayseli yeni tanisamda cox mehriban gozel dost olduqnu deye bilerem isernde heyatnda ugurlar.

    YanıtlaSil
    Yanıtlar
    1. Səmimiyyətinə və diləklərinə görə çox sağ ol, əzizim...

      Sil

 
Post Views Script by MBT -->