Post views: counter

7 Mayıs 2015 Perşembe

Bir dünya düşünürəm


Bir dünya düşünürəm!
Olması gərəkən insanlardan ibarət. 
Təbəssümlərin mənalandırılmadığı
Acı gerçəklərin bulunmadığı 
Şirin həqiqətlərlə qaplanmış bir dünya...

Bədava gülüşlər, kiçik mutluluqlar 
Düşlənmiş xəyallar, sol tərəfdə boy verən arzular 
Sakitcə yuva qursaydı bu dünyada...

Tanımadan birinə gülümsəmək 
Bir cüt gözə baxıb xəyallara dalmaq 
Səni yüngül tanıtmasaydı, məsələn...

Bir dünya ki, içərisində çərçivəsiz yaşam 
Sərhədsiz həyat, ucsuz-bucaqsız xəyali alan 
Dostlarla deyə-gülə əyləndiyimiz ortam 
Qəbahət olmasaydı...

Sənə baxan gözlər 
zamansız güldüyün üçün 
utandırmasaydı baxışlarını 
Dodaqların bir-birindən ayrıldığı üçün 
qınamasaydı dişlərini...

Bir dünya düşünürəm! 
Rüzgarında nəfəsimlə sevgi sözcüyünü pıçıldayacağım 
Mənim dünyam, mənə aid 
Sənin olan, sənə aid 
Hesabsız, açıqlaması olmayan 
Sadəcə fərdə görə yaşanılan bir dünya...

Gülümsəmələrin içtən gəldiyi 
Buludlu bir səhərdə dışa vuran 
Qəhqəhənin hesabı sorulmayan 
Bir dünya düşünürəm!

Aysel Abdullazadə
07.05.2014

2 yorum:

  1. Gülümsəmələrin içtən gəldiyi
    Buludlu bir səhərdə dışa vuran
    Qəhqəhənin hesabı sorulmayan
    Bir dünya düşləyirəm!

    Super maraqla oxudum ozunuz yazmisiz?

    YanıtlaSil
    Yanıtlar
    1. Bəli əzizim... Təşəkkürlər, bəyəndiyinə sevindim...

      Sil

 
Post Views Script by MBT -->