Sən gedincə
Neçə rəngəm bu şəhərdə.
Dəqiqə əqrəbdən neçədir deyə soruşur
mən neçə dəfə gedə bilmədiyim yolları sayıram
ovuclarımda.
Sən gedincə
Ağlım yeddidən başlardı saymağa
Duman altı olur baxışlarım
Beş barmağın hamısı bir deyil deyər
Dördü unudardım yenə
Haqqım üç deyə
ikidən soruşardım
Birin nə zaman gələcəyini.
Sən gəlincə!
Desəm ki
Hələ unutdum.
İnanma!
28.05.2015
Yorumlar
Yorum Gönder