Post views: counter

1 Mayıs 2015 Cuma

İnsan sifətləri...


İnsanlar qat-qat xəmirdən yoğrulmuş kimidirlər 
Növ-növ mənəviyyata malik 
İki üzlü insan tapmaq çətin, artıq 
Üzlər ikilikdən çıxıb onluqlara daxil olub. 

Evdə bir, işdə bir, dostluqda bir, 
sevgidə başqa bir 
Sifətlə yaşayanlar peyda olub artıq.

Maskalar saysızdır sifətlərdə 
Elə də, möhkəm yapışıb ki, üzlərinə 
çəkib çıxarmaq olmur. 
Ailədə ata olur kişilər, 
İşdə yaltaq... 
Dostluqda sədaqətsiz olur qadınlar, 
Sevgidə xəyanətkar...

Ey insan, yorulmursan mı bu qədər çox sifət daşımaqdan? 
Sıxmır mı səni cildlərə girmək? 
Hər ortamda fərqli adam rolunda 
Hər yaşamda maskalı insan modunda 
Yaşamaq çətin deyil mi? 

Yəqin, gecələr rahatlanarsan 
Bir tək gecələr insan olduğunu duyarsan 
Özünlə baş-başa qalıb, 
Özün kimi "sən" olaraq yuxuya dalıb, 
Səhər başqa biri olaraq oyanarsan....!

Aysel Abdullazadə
23.04.2015


0 yorum:

Yorum Gönder

 
Post Views Script by MBT -->