Post views: counter

10 Ağustos 2015 Pazartesi

Bir qızım olacaq...


Bir qızım olacaq
Gözləri mavi dənizə eş
Gülüşü arzulara ümid olan...

Bir qızım olacaq
Çağlayan suların adını verdiyim
Dünyama həyat eşqi deyə gətirdiyim.

Balaca barmaqları,
Yumru sifəti,
Ağ bənizində çəhrayı dodaqları.
Təbəssümü ümidim,
Çöhrəsi günəşim olacaq...

Hər səhər yaşantıma
Bu çöhrənin al şəfəqləri saçılacaq...
Parıldayan gözlərində
Xəyallarımı yaşadan,
Güləndə yanağında qəmzəsi açılan
Bir qızım olacaq...

İməkləməyi,
Yürüyüşü,
Qaçıb oynamağı
Ömrümə illər calayacaq.
Bir gün Dənizim olacaq
Və o gün...
Çox məsud bir ana olacaq...
05.08.2015

2 yorum:

  1. İnsalah bir gun sende Denizne qovsub mesud bir ana olarsan.oxuduqcan duyqulanmamaq mumkun deyil ureyne sagliq

    YanıtlaSil

 
Post Views Script by MBT -->