Post views: counter

10 Ağustos 2015 Pazartesi

Get...


Getmək istədiyini bilirəm
Əvvəlki kimi baxmır gözlərin
Daha hərarəti yoxdur sözlərin.

Ayağın getsə də, ürəyin tərəddüdədir
Qolların uzansa sonsuzluğa,
Barmaqların boşluqdadır.

Get...

Səni saxlamasın keçmiş, yaşananlar,
Ya da xatirələr...
Qəlbini ovutmasın nakam sevgi,
Ya da aciz düşüncələr.

Toxunuşun isitmir bədənimi
Sevgin alışıb yandırmır qəlbimi
Həyəcandan tərləmir ovucların
Adiləşib artıq bütün duyğuların...

Get... get...

Bu sevgiyə getmək yaraşır
Acıyaraq baxdığın o gözlər
Sanma ki, yalnızlıqdan yaşarır.

Gedişin ürəyimdə köz olub yansa da,
Külünü sənə göstərmərəm.
Yoxluğundan buz olub donsam da,
Üşütdüyünü sənə bildirmərəm.

Get...

Dəli-divanə yaratdığın əsərinə
Baxmadan səssizcə get...

05.08.2015

0 yorum:

Yorum Gönder

 
Post Views Script by MBT -->