Ana içeriğe atla

"Qadın kimi qadın..."


**Şair Onur Bilge'dən ən sevdiyim yazısıdır - "Qadın kimi qadın..."

Bir qadın nə qədər gözəl, mədəni, zərif, dürüst və xoş olursa olsun, tündxasiyyət, narahat və əsəbidirsə, son dərəcə, itələyicidir.

Hansı kişi belə bir qadınla olmaq istəyər? Yanında lüzumsuz əl-qol hərəkətləri ilə, əsəbi mimikalarla, dişlərini sıxaraq danışan, hər an partlamağa hazır bir bomba ilə nə qədər dinc və xoşbəxt ola bilərsiniz? 

Qəşəng geyinmək də əhəmiyyətlidir, amma zəriflik daha əhəmiyyətlidir. İnsan yaradılış etibarilə kobud ola bilər. Elə ölçülü, elə toplu yeriyən xanımlar var ki, onların gedişlərini belə seyr etmək ruha dinclik verir. Hələ onlarla gəzintiyə çıxmaq nə qədər xoşbəxt edər insanı. Yerə basışlarındakı yumşaqlıq, addımlarındakı yavaş-yavaş, dinc temp ruhu rahatlaşdırar.

Zəriflik, qadını şeirləşdirər!

Nə qadınlar vardır örpəkli belə olsalar, süzülür kimi, rəqs edər kimi gedərlər. Bir stəkan su verərkən stəkanı deyil, dünyaları uzadarlar insana. 'Xidmət' əhəmiyyətli deyil, 'təqdimat' əhəmiyyətlidir. Yumşaq, xoş bir hərəkətli, gözlərinin içi gülərək, hörmət və sevgi dolu bir baxışla uzadılan stəkanın içindəki hər nəysə xoşbəxtliyə çevrilər. Daha içmədən dinclik, xoşbəxtlik və həyat sevinci yayılar ruha. Təqdim edilən sudursa, su da həyatdırsa, bu su abu-həyatdır!

Günaydın! Eşqim! Canım! deməsələr belə, elə bir təbəssümlə gələrlər ki, yanınıza, hansı pis ruh halında olursunuz olun, o anda gülümsəyər, dinclik duyar, onunla bütünləşərsiniz. Bir dəstə çiçək kimidirlər. Cıvıl-cıvıl bir quş, aydın axan bir su, gün işığı kimidirlər. Uzaqdan eşidərsən istiliyini, ona doğru yaxınlaşdığınızın fərqinə belə çata bilməzsiniz. Maqnit kimi özlərinə çəkmişlər səni, dəmir tozları kimi yapışır qalarsınız.

Zaman dayanmışdır, məkan orasıdır, dünya o qədərdədir. Kütlənin dəyəri birə enmişdir, ikiyə çıxmasına da lüzum yoxdur.
Şeir kimi yeriyərlər, şeir kimi dolanarlar ətrafınızda, şeir kimi danışar, ən gözəl melodiya kimi gülərlər. Ağlamaqları da heç bir qadının ağlamayacağı qədər gözəldir.

Film də onlardır, mahnı da, həyat da ... Toxunmağa qıya bilməz, baxmağa doymazsınız. Oxşasanız saatlara düşmən olarsınız! Bir neçə ömür daha istəyərsiniz, Yaradandan. Dünyanızı cənnətə dəyişməzsiniz.

Rəqs edərcəsinə yaşamaqdır onunla gündəlik həyatı yaşamaq. Onların bütün məqsədləri kişilərini xoşbəxt etməkdir. Onları xoşbəxt edərək xoşbəxt olurlar.

Bir də xidmətçi ruhlu qadınlar vardır. Səhərlər oflaya-puflaya yataqdan qalxarlar, deyinə -söylənə təmizliyə başlayarlar. Başınıza çırpar kimi qurarlar süfrəni. Mükəlləf bir nahar süfrəsində belə çəkilməzlər.

Yalnız qadınlarınmı romantizmdən xoşlandığını sanırsınız, ya da sevilməkdən? Kişilərin də romantizmə, sevgiyə, qayğıya ehtiyac duyduğunu düşünmürsünüzmü? Onlar sevdiklərinə inandıqları, doya-doya sevgi aldıqları zaman naharlarını etmiş olurlar. O mövzuda axşama qədər acmaqlarını, başqalarına ehtiyac duyaraq ovuc açacaqlarını, sevgi dilənəcəklərini sanmıram.
Axşam da eyni istiliklə qarşılanıb, eyni dinclik mühitinə çəkildiklərində onlardan xoşbəxt kimsə olmaz. Qovsanız da yanınızdan ayrılmaz, nə qadın, nə kişi kimsəyə ehtiyac duymazlar. O sizindir, imzayla, qanunla deyil, bir kölə kimi, sevə- sevə.

Artıq, hər kəs onu, sizdən qısqansın!

Səhabələrdən birinin xanımı çörəyini, suyunu günəşə qoyar, isti su, quru çörək yeyərmiş; əri işində elə yeyir deyə. Yoldaşını, erkəyini özündən əvvəl düşünür zərif olan qadın. Onu ana kimi şəfqətlə sarar, bacı kimi qol-qanad gərər üstünə, qardaş kimi yanında, canında daşıyar, yoldaş kimi çiyin verir paylaşar, həyat yoldaşı olaraq da bütün ürəyi ilə hər şeydən çox sevər, hər kəsdən üstün tutar, sahib çıxar qardaşım! SAHİB ÇIXAR!
Evdə nə dinclik verirsiniz ki, başqalarından qısqanırsınız?! Hər şey yaxşı gedirsə, onlar nə səbəbə özlərini çölə atırlar? Arılar bal dolu yuvalarını nə üçün tərk edir? Acı yox, şirin yox, evdə dayananın ağlı yox!

Qəlib kimi qovucu qadın olmayın, sinirdən tir-tir titrəyən, deyinən, qışqırıb-çağıran, davakar bir qadın olmayın. Əvvəlcə bir sakit olun. Huzur tapın, dinclik verin. Sonra zərif olun. Daha sonra romantik olun, ağıllı olun, ağıllı.

Unutmayın ki, onların hər kəsdən əvvəl, SİZƏ EHTİYACLARI VAR!

Çevirdi: Aysel Abdullazadə 


Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar