Ana içeriğe atla

Yoxsul olmaq, ya yoxsun olmaq insanlıq xaricidir?


Bizdən fərqli görünənləri təcrid etmək...!

Yazarkən belə nə qədər çirkin bir ifadə olduğunu hiss edirəm.

Xüsusilə, insan və heyvanlar ruhumuzun ağzından çıxan bu dışlanmaya məruz qala bilirlər. Həyat hər zaman, hər kəsə bərabər davranmaya bilir. Davranmaz da... Çünki həyat bu imtahanı, yəni bərabər tutma vəzifəsini tək imtiyaz sahibi olan biz insanların insafına buraxmışdır. Yaxşı, biz nə edirik?

-Yoxsulluğu ilə,

-Əngəlli olmağı ilə,

-Çirkinliyi ilə,

-Diliylə,

-Diniylə

-Təhsilsizliyi ilə...

Yediyi-içdiyi ilə ələ salar, aşağı görərək, bir də cəmiyyətdən təcrid edərik. Bu tip sağlam olmayan ağıl oyunlarıyla içimizdəki düşməni öz yuvasında barındırdığımızın fərqində belə deyilik. Bu ürək bulandırıcı və hədsiz davranış "insanam" deyənə əsla yaraşmaz... Saydığım səbəblərdən ötrü təcrid olunanlar, düşünürəm ki, məni daha yaxşı anlayacaq. Yaşanılası və yaşadılası yüzlərlə gözəl duyğu varkən, kiminsə həyatının dadını pozmağa haqqımız yoxdur! Özümüzü bu xəbis duyğudan mümkün olduqca şəxsən və birə-bir şəkildə qurtarmalıyıq...

Daxili görünüşlə özünü, xarici görünüşüylə başqalarını ucaltmaq varkən, bu parazit duyğuya yol verməməliyik. Hər kəs bəxtinə düşənlə yaşayar. İnsana xas niyyətlər ürəyin ya üstündə, ya da altındadır. Çünki ürəyimizin kimyası yalnız yaxşı niyyəti saxlayar. Hamımız görməyə dəyər bir dünya, bir cəmiyyət istəyirik. Kimi kimdən, nəyi kimdən dışladığımızın sualı yenə öz cavabının içindədir. Cavab da, sual da bizik, əslində. Yalanla gerçək, yaxşı ilə pis, doğru və yalnış biz isək, bizi bizdən başqa anlayacaq kimsə də yoxdur. Təcrid edərsək uzaqlaşar, yox olar, sevsəniz sevilər. İçimizdəki cəhalətin tərbiyəçiləri yenə bizik. Ağlı dəli ruhumuzu yaxşı niyyətlə hər gün əhliləşdirməliyik. Eşitməyi bilsək dönüb baxarıq, baxmağı bilsək görərik, yaxınlaşmağı bilsək həyatın mükafatlandırmadığı bu həssas insanları anlaya bilərik.

Sevdiyim bir misra var, hər zaman beynimdə dolaşar:

- Ruhuna ruhanilər ol ki, getsin gəmi...

Bu həyatda nə olub bitirsə, hər şeyin məsulu biz insanlarıq. İnsanın tarazlığını pozan da bizik, təbiətin tarazlığını pozan da... İnsan olma sənəti çöldən göründüyü kimi asan deyil, lakin çətin prosesləri bir-birimizi anlayaraq, ancaq biz asanlaşdıra bilərik... Hər kəs pambıqlara sarılı bir həyat yaşamaq istəyər, hər kəs gözəl, sağlam, pullu, təhsilli olmağı istəyər. Lakin kimi insanlarda bu saydığım yüksəkliklər olmaya bilər. Sırf onlarda bu keyfiyyətlərin olmadığı üçün kiçimsəyə bilmərik.

Onsuz da həyatın ödülləndirmədiyi bu insanların bir də təcrid olunmağa məruz qalmaları mərhəmətsizcə olmaz mı? Onlara cəmiyyətdə söz haqqı tanımaq varkən, cəhalətin və irqçiliyin pəncəsinə atmaq mərhəmətsizcə olmaz mı? Onları təcrid etmək yerinə dayaq olmaq daha insanlığa uyğun olmaz mı?

Belələri yoxdur deməyin, içimizdə mütləq var, dininə görə xor baxan, irqinə görə ayrımcılıq edən, yoxsulluğuna görə aşağılayan, çirkinliyini ön planda görüb daxilinə varmadan gülən, əngəlli olması nədəni ilə uzaq duran, dilini kiçimsəyən, təhsilsizliyini bilib müzakirədən, öyrətməkdən qaçan insanlar daima içimizdədir... Siz bütün bunlara sahib olmuş ola bilərsiniz, fəqət, bu keyfiyyətlərinizi bunlardan
 yoxsun olan insanlarımıza aşılayaraq, öyrədərək həqiqətən daxilinizin də bu keyfiyyətlərə layiq olduğunu göstərin!

Aysel Abdullazadə

Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir...

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüd...

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan...