Ana içeriğe atla

Onlar həm müəllim, həm də ömür-gün yoldaşıdır...

Ən şərəfli peşə - müəllim!
Gözümü açan gündən evimizdə şagirdlər görmüşəm. Anam danışır ki, hələ bələkdə olan körpə vaxtlarımda ağlamağım eşidilməsin deyə məni qucağında gəzdirirmiş. Atam o vaxtdan məktəbdə dərs deməklə bərabər repetitorluqla məşğul idi. Bir otaqlı evimizdə şagirdlərə özəl dərs verən atam bizi bu şərəfli peşənin qazancı ilə böyütmüşdü.
Ömrünün otuz yeddi ilini öyrətməyə sərf edən, öyrətməklə bərabər öyrənməyin də önəmini unutmayan öyrətmənlərdən idi Nizami müəllim.
Nizami Abdullayev 01 oktyabr 1957-ci ildə zəhmətkeş ailəsində doğulub. 1975-ci ildə Tovuz rayon A.S.Puşkin adına orta məktəbi əla qiymətlərlə bitirərək Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə qəbul olur. Ali təhsilini fərqlənmə ilə başa vuraraq Tovuz rayonununa təyinatla müəllim olaraq göndərilir. İlk müəllimlik fəaliyyətini ucqar bir kənddə başlasa da, riyaziyyat fənninə olan xüsusi sevgisi ona peşəsində irəliləməkdə əvəzsiz yardımçı olur. Rayon mərkəzindəki məktəblərin birində direktor müavini vəzifəsinə təyin olunur. Daha sonra Gəncə ELM Təhsil Mərkəzi Yeyinti Sənaye İnstitutunda baş müəllim olaraq çalışır. 2000-ci ildən isə Tovuz rayon N.Tusi adına məktəb-liseydə riyaziyyat fənnini tədris edir.
Tovuz rayon Təhsil şurasının üzvü seçiləndən sonra Nizami Abdullayevin nümunəvi pedaqoji fəaliyyətinə görə:
- Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 04 oktyabr tarixli №-li fərmanı ilə "Azərbaycan Respublikasının Əməkdar müəllimi" fəxri adı verilmişdir.
- Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04 oktyabr 2004-cü il 11/423 №-li əmrinə əsasən "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" adı və döş nişanı ilə təltif olunmuşdur.
- 2008-ci il 19 avqust tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi adına layiq görülmüşdür.
- 2003-cü ildə Azərbaycan müəllimlərinin XII qurultayının, 2008-cil ildə isə XIII qurultayının nümayəndəsi olmuşdur.
- 1990-1995-ci illərdə Tovuz rayon Sovetinin deputatı seçilmişdir.
Otuz yeddi illik təhsil karyerasının 29 ilini ona dəstək olan həyat yoldaşı ilə paylaşan Nizami müəllim ailə həyatında da uğurlu bir yol keçmişdir. Xanımı Sürəyya Abbasova M.Ələkbərov adına orta məktəbi bitirmiş, Gəncə Kənd Təsərrüfat Akademiyasının iqtisadiyyat fakultəsinə qəbul olmuşdur. Bundan sonra ikinci ali təhsilini tarix müəllimi olaraq davam etdirmişdir. Tovuz rayon A. Hüseynov adına orta məktəbdə tarix fənnini tədris edən Sürəyya xanım, həyat yoldaşı Nizami müəllimə bütün uğurlarında həm müəllim yoldaşı - həmkarı, həm də ömür-gün yoldaşı olaraq mənəvi dəstəyini əsirgəməmişdi.
Uğurlu bir ailədə doğulmağımdan əlavə, valideynlərimin daha bir şansı bu gün bu yazını yazmağımla əlaqədardır. Həyatmı desəm, təsadüfmü desəm. ata-anamın doğum tarixi belə ardıcıldır. 01 oktyabrda atam,02 oktyanrda isə anam dünyaya gəlib. Bu, evrənin bir mesajıdır, məncə. Çox inanclı olmasam da, həyatda bəzi şeylərin təsadüfdən daha ötə bir şey olması qənaətindəyəm.
Və bu gün bu yazını fəxlə yazan, sizin övladınız olduğu üçün özünü şanslı və uğurlu hesab edən Aysel Abdullazadə, valideynləri sayəsində yüksək təhsilə yiyələnən digər qızınız Aytac Feyzizadə və sizə,orta məktəbdə müəllimi, evdə atası kimi yanaşan oğlunuz Ayxan Abdullazadə bu gün üçün deyil, yaşadığınız şərəfli ömür üçün sizi təbrik edir!
Yaxşı ki, bizim valideynimiz, bizim müəllimimizsiniz!
Doğuluşunuz qutlu olsun, Azərbaycan müəllimləri!

Müəllif: övladları







Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar