Ana içeriğe atla

Xəyal...


Hər insanın xəyalı olması onun daxilinin nə dərəcədə geniş və düşüncələrinin necə formalaşmağından xəbər verir. Çünki xəyal həmin insanın içidir, daxilidir, kim olmağını anladan prosesdir. Bəs hər insan xəyal qurarmı? Beynində yaşatdığı, arzuladığı şeyləri özü üçün bir dünya halında toparlayıb, orda, öz qurduğu dünyanı həmişə özü ilə daşıyan insanlar nə qədərdir?

Məncə, xəyal insan yaşamının bir hissəsidir, hətta mən deyərdim ki, xəyal qurmayan insanın hədəfləri olmur. Çünki öncə beynimizdə istəyimizə adaptasiya olub, onu canlandırıb necə gerçəyə çevirəcəyimizi düşünəndən sonra nail olmağa müvəffəq oluruq. Xəyal özü də bir dünyadır, çünki yaratmaq istədiyimiz şeyləri, arzularımızı orda cəmləyib, bir araya toplayırıq. Xəyallar insanın yaşam həvəsidir, eşqidir. Ruh yüksəkliyi yaradan, insanın  istəklərini özündə birləşdirən və divardan asdığı bir çərçivədir, beynində həmişə o çərçivəni canlandırmaqdır.

Xəyallarımız bizim məhz bizə aid olan dünyamızdır, çenki orda artıq insanlar, elavə. lazımsız şeylərə yer yoxdur. Məhz bu səbəbdən də tam olaraq bizi biz olaraq anladan, göstərən qavramdır. Xəyallarımızda sevdiklərimizi yerləsdirərik, onlarla arzuladığımız şəkildə yaşayarıq, gələcəyə dair planlar qurub onu xəyal səhnəsində rollarla ifa edərik. Xəyal bir nöqtədən başlayar, nə ondan əvvəli vardır, nə də ondan sonrası...

Xəyal qurmaq həyatı həqiqiləşdirən, gerçəyi gerçəkləşdirən amildir. Xəyal qurmaq müvəffəqiyyət və fərdi inkişafın ayrılmaz tərkib hissəsidir. İnkişaf etməkdir, yerində saymadan irəliyə dosğru addımlamağın başlanğıcıdır. Çünki həyatda düşüncə hərəkətdən öncə gəlir. Reallaşdırırlması gərəkən bütün şeylər ilk əvvəl beyində planlanir, sonra isə tətbiq olunur.
Böyük nəticəyə gedən yol böyük düşüncədən başlayır, düşünüb istəyi zehnimizdə canlandırıb xəyalən onu yaşayıb, yaratmağa nail olmaq gərəkdir. həyatda heç bir riski olmayan ən zövqlü və yeganə işdir xəyala dalmaq... Xəyal dənizində gəmi batmaz, irəliləyər, sadəcə irəliləyər.... Lakin şərtlənmələriniz zamansız və məkansız bir müstəvidə sizi manevr etmənizə mane olacaq dayaz sahillərə aparar.

Xəyallarımız bizim toz-pembe dünyamızdır, görmək istəyib, yaşamaq istıdiklərimizdir, sevdiyimiz və bizim kim olmağımızı bizə göstərən anlatımdır. Yalansızdır, məsumdur, safdır. Xəyal sözündə arzu anlamı var, xəyal istək yüklüdür. Odaklandığımız şeyləri beynimizdə paylaşmaqdır. Özünüzü olmaq istədiyiniz şəkildə xəyal edin, məhz o zaman özünüzü tapacaqsınız, kimliyinizi görəcəksiniz. Hər zaman , nə olmasından asılı olmayaraq nikbin xəyalların arxasınca gedin. Görəcəksiniz, xəyallarınıza qovuşacağınız gün uzaqda deyil.

Xəyallarınızın xəyal olaraq qalmaması diləyilə...


Aysel Abdullazadə
09.08.2014

Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar