Ana içeriğe atla

Bizdə və onlarda QADIN...


Aysel Abdullazadə yazır:

Cəmiyyətimizdə qadın olmaq çətindir. Bunu ağlım kəsəndən, fikir yürüdə bilmək qabiliyyətim olandan və bir qadın kimi hüquqlarımı dərk edəndən müşahidə etmişəm. Azərbaycan cəmiyyətində qadın kimi yaşamaq özgüvən tələb edir. Əks halda acizlik pəncərəsindən bir kölə kimi, sızan zəif işığa baxmaqla kifayətlənəcəksən. Bu gün cəmiyyətimiz qadına düşüncəsinə yox, geyiminə görə, ağlına yox qaşlarına görə, dünyagörüşünə və savadına yox, xarici ölkədə olmağına görə qiymət verir. Bu qadının yox, gəncliyimizin acizliyi və bəsit düşüncəsidir. 

Yolda gedən bir xanım qısa ətək və ya dizləri yamaqlı cins şalvar geyinibsə, heç tərəddüdsüz əxlaqsızdır. Evlənməmiş gənc bir qız qaşındakı artıq və iyrənc görünən tüklərdən azad olubsa, yolunu azıb. Bir xanım işlə əlaqədar və ya sadəcə gəzmək, görmək amaclı xarici ölkəyə səfər edibsə, kəsinliklə adı fahişədir. Bu fikirlər danılmazdır. Azərbaycan "kişisinin" yuyulmuş beyninin məhsuludur. Qadını çərçivəyə salmaq, yaşamını, sərbəstliyini məhdudlaşdırmaq itin başına ip keçirib yanında gəzdirmək məsəlidir. Bunun başqa adı yoxdur. Hər insan öz namusunu özü qorumalıdır, qadının namusunu ata, qardaş və ər "himayəsinə götürüb" ona mənəvi işgəncə vermək, yaşamını qısıtlamaq haqqına sahib deyil.

Bir sual həmişə məni düşündürür. Bu qadınları bu qədər anamız, bacımız, arvadımız var deyib guya ki, öz aləmlərində namus mücəssəməsi edib oksigensiz balonda saxlayan kişilər varsa, bəs bu küçədə, yolda, şəhərdə, işdə, restoranda, kinoda qadınlara söz atan, gördüyü yerdə gözləri ilə qadını soyudurub-geyindirən, min hoqqa ilə tanımadığı qadına, qıza "ceyran" deye müraciət edib pis-pis gülən gədələrin ailəsində, qohumunda, tayfasında qadın qavramı yoxdur? Yoxsa onların nəslindəki qadınların hamısı bir nəfər kimi əxlaq nümunəsidir, digərləri bu gədələrin pis, vəhşi baxışlarına məruz qalan mənən zorlanmışlar?

Bu gün Azərbaycan gəncliyindən iyrənirəm, qadınlara kölə kimi baxan millətlə bir havanı ciyərlərimə çəkməkdən utanıram. Bizdə qadınlara verilən sərbəstliyin qısıtlığı gələcəyin anasını kar və kor edir, dünyaya açılan pəncərəsini bağlayır.

Yay olduğu üçün 10 gün tətilimi başqa ölkədə keçirdim. Bizdən qat-qat zəif, inkişafda geri olan, yeni bir binasını görmədiyim bu ölkədə güclü bir inkişaf gördüm. İnsanları çox sərbəst, qadınlara hörmət və izzətlə yanaşılan, geyiminə görə ad qoyulmayan bu ölkənin çimərliyindən qadınlar  sərbəst şəkildə yol kənarı ilə evlərinə gedə bilirdilər. Onlara kişilər tərəfindən acgözlüklə baxılmırdı, şortiklərinə baxıb gülən, ucadan nömrəsini deyən gədələr yox idi. Yaxın ölkə olduğu üçün azərbaycanlılar çox idi, inan ki, mübaliğəli şəkildə demirəm, müşahidə etdiyimi paylaşıram, iki dəfə şit-şit parkda qızlara baxıb gülən, "anqıraraq" (başqa bənzətmə tapa bilmədim) qadınlara öz dilində söz atan gədələr gördüm, yaxınlaşanda eyni dildə danışdığımızı eşidib millətimin bu cür səviyyəsiz gəncliyindən yad bir ölkədə utandım.

Gördüklərimin xülasəsini danışdım sizlərə, artıq nəticə çıxarmağa belə ehtiyac yoxdur, çünki nəticəmiz göz önündədir. Bu anlatdıqlarım Azərbaycan gəncinin düşüncəsi, səviyyəsi, dünyagörüşü və mədəniyyətinin göstəricisi idi. 

Qadınlara göstərilən və sunulan hörmət bir anaya edilən hörmətdir! Hər qadın bir anadır! Gəlin, bunu unutmayaq, bunu ictimailəşdirək və bu bəsit düşüncəli gəncliklə mübarizə aparaq!

Aysel Abdullazadə
31.08.2014


Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar