Ana içeriğe atla

Qadın cəmiyyətin yaralı yeri deyil, yaraladığı yerdir!


Həyatda sabahından kim sığortalanıb? Hansı birimiz dünənimizdən, bu gündən və sabahımızdan sığortalanmışıq? İnsanın başına beş dəqiqə sonra nə gələcəyini Allahdan başqa kim bilər? Heç kim...

Bəs bu millətin beynindəki düşüncə niyə belə qısıtdır? Kişilərimiz niyə bu dərəcədə bəsit düşünürlər, niyə bu qədər acgözdürlər?
Gənc bir qız xoşbəxt olmaq üçün ailə qurur, evlənir və o gündən sonra QADIN olur. Həyatında gözləmədiyi şəkildə, heç vaxt ağlına belə gətirmədiyi hadisələr baş verir, cəmiyyətin qınağını düşünən bu gənc qadın bir müddət daha çətinliklər qarşısında güclü dayanır, mübarizə aparır. Amma nə yazıq ki, artıq heç nəyin düşündüyü, arzuladığı kimi olmadığını görür və nigahını sonlandıraraq ailə həyatına yekun vurur. Məhz elə 
keşməkeşli həyat burdan yeni bir başlanğıcla boy atır.

Cəmiyyətdə birmənalı qarşılanmayan bu hal qadın üçün təhlükəli olmağa başlayır. Artıq atılan addımlarda çox diqqətli olmaq gərəkir. Hər bir göstərilən kişi nəvazişi, qayğısı və hətta sevgisi səmimiyyətdən yaranır deyə bir şey yoxdur. Ac bir şəkildə "ovunu" tora salmaq istəyən mənəviyyatsız "kişi" hər an tətikdədir artıq. 
Çünki tanıdığı bu xanım bakirə qız deyil, boşanmış qadındır. Bunun üçün "yaşıl işıq" versiyası yaranıb artıq. Bakirə qızdan ala bilməyəcəklərini boşanmış, dul qadından istifadə edərək rahat bir şəkildə mənimsəməyə hazır "ovçu" artıq bütün planlarını beynində qurmuşdur. Bir-iki xoş söz, nəvaziş və qayğıyla yaxınlaşaraq ağacı içindən gəmirən qurd kimi qadını şirin vədlərinə və səmimiyyətinə inandıran acımasız canlı...

Bu fikir və əqidədə olan insanlar bizim cəmiyyətdə niyə bu qədər üstündür? Fahişə gözü ilə baxdığın o boşanmış qadın sabah sənin bacın, qohumun, yaxının və hətta gün gələr qızın ola bilər- deyə heç düşünmürmü bu beyinsiz cahillər? Bir qadının bəxti gətirməyibsə onu cəmiyyətdən təcrid etmək hansı məntiqə sığır? Başqa vaxtı Avropadan danışırıq, bu qədər inkişaf sayəsində bizim hələ də belə düşünən insanlarla bir cəmiyyətdə yaşamağımız uyğunsuzdur.

Bir insani pis əmələ, doğru olmayan yola yönləndirmək hər bir adamın edə biləcəyi işdir. Hamı bir insanın narkotika istifadəçisi olmasına çox rahat şəkildə yardımçı ola bilər. Bəs gəlin görək, hamı o aludəçini bu vərdişindən uzaqlaşdırmağa müvəffəq ola bilərmi? Bir kişinin qadını çirkaba, fahişəliyə sürükləməsi üçün bir gecə kifayətdir. Bəs fahişə olan qadını o yoldan ayırıb, arındırmaq hər kişinin bacaracağı işdirmi?

Yıxılana balta vurmaq asandır, zamanında vurulmuş o yaraya məlhəm çəkmək KİŞİLİKDİR! Məlaikəni fahişəyə yox, fahişəni məlaikəyə çevirən insan ər kişidir. Bir boşanmış qadını, gəlin görək, neçə nəfər kişi həyat yoldaşı, evinin xanımı edər? Azərbaycanda bu çox az faiz təşkil edir. Hətta boşanmış kişi belə bakirə qızla yenidən ailə qurmağa üstünlük verir. Amma təzadlı bir fakt da var ki, boşanmış qadın subay oğlanla ailə həyatı qurarsa sensassiya baş verər. Bu nadir hallarda olan bir nüansdır və əksər hallarda çətinliklə baş tutan izdivac olur.

Bizim "mentalitet" qavramımız var axı... Bakirəliyi alınmaz qala, təkcə insanın özünün yox, onun bütün kişi qohumlarının, nəslinin, soyadının, ölkəsinin, bütün Qafqazın, şərəfi, namusu, qeyrəti qadının, atasının, qardaşının, anasının yaşaması üçün ürəkdən də vacib orqan hesab edən, insan ağlına görə yox, bir "pərdə"sinə görə qiymət verən, evlənmək üçün qadın seçərkən alnının ortasına (qaşının alınmasına) baxmaqla ayaqlarının arasındakı vəziyyəti təyin edən mentalitetdən də elə bunun  gözlənilməyi labüddür...

Bir qadın boşana da bilər, ərini hər hansı səbəbdən itirə də bilər, amma insanın qanı təmizdirsə onun qanına zorla o çirkabı yeritmək FAHİŞƏLİKDİR! Qadın cəmiyyətin yaralı yeri deyil, yaraladığı yerdir. Qınamaq isə çox asandır, amma o qınadığımız başımıza gəlməyincə axirətə qovuşmayacağıq... 

Əxlaqsızlığa sövq edilən, çevrilən hər bir qadın cəmiyyət üçün bir ananın itirilməsidir!


Aysel Abdullazadə
24.05.2012

Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar