...Çırpınırdı
Ağ köpükləri qayalara vururdu özünü
cümlələr yazırdı dalğaları ilə
nəsə demək istəyərcəsinə - Dəniz...
Əsəbi, bir az da qorxulu idi
Vahiməsi baxışından duyulurdu
Ziyarətinə gələnlərə qışqırırdı
qovarcasına...
Çağlayırdı, adsız yüksəkliklərə doğru
harasa çatmaq istəyirdi, elə bil
Simasında etiraz vardı, bir az küskünlük,
bir az da hikkələnirdi qəfil...
Rəngi də dəyişmişdi
boğulmuş kimi
boza bulanmışlığı vardı...
Üstündən uçan qağayılara
dalğalarıyla yetişmək niyyətində.
Görüşünə gələn insanları
uğultusuyla salamlama istəyində...
...Çırpınırdı bu gün
bəlkə də, ağlayırdı Dəniz.
Aysel Abdullazadə... 09.09.2015
Yorumlar
Yorum Gönder