Təbiətdə
hələ görmədiyim rənglər var
neçə gecə qıvrandım
acıdan
Ey mənim Günəşim,
tez gəl
olub bitən şeylər var…
Sonsuz düşlərdə
Kölgənin peşindəyəm.
Kiməm mən?
Heçəmsə əgər,
əsla, ruhum varmaz səcdəyə.
Mənəmsə əgər, ruhumun səsi dolaşar iliklərimdə
Qanadar ürəyimi
Qulağımı duymaz edər…
Dirənirəm yoxluğuna
Bütün misraları sənə düzürəm
Hər şey çözülməli, mütləq
O zaman –
Məndəki mən
Məndəki sən
Sarılacaq bir-birinə…
Bir ovuc nəfəslə
Eşqə gəl
Yaşat məndəki səni.
Aysel Abdullazadə...
Yorumlar
Yorum Gönder