Gecə 02:01...
Ayın məhzun baxışı altında
otağıma dolan işıltılar
günahlarımı xatırladırdı ruhuma...
Qəlb qırıntıları tökülüb döşəməyə
toplasam, ovuc içimə
yapışdırmaqla uğraşsam da,
öncəki kimi olmayacağı bəlli...
Səssizliyin çığlığı beynimi deşir
Ayın məsumluğu gözlərimi sakitləşdirir
yuxu gətirir
huzur gətirir...
Ayın dürüstlüyü izlərindən bilinirdi
yaşanmışlıqlarını gizlətməmişdi sirətində
min illiklər boyunca üzündəki ləkə
cığıra salmışdı yaşananları...
Çöhrəsində al rəng sezilirdi
utanırdı pəncərəmdən uzaqlaşmağa
görüntüsü həm intihara səbəb olardı
həm də həyat eşqi qazanmağa...
Parıltısı duaları da dilləndirərdi içimdə
isyankarlığı da.
Çözərdi, bəlkə də,
lal olmuş arzuların keçmişini
Və bu gününü...
Aysel Abdullazadə - "Günəşin Düşmədiyi Odalar" kitabından
Ayın məhzun baxışı altında
otağıma dolan işıltılar
günahlarımı xatırladırdı ruhuma...
Qəlb qırıntıları tökülüb döşəməyə
toplasam, ovuc içimə
yapışdırmaqla uğraşsam da,
öncəki kimi olmayacağı bəlli...
Səssizliyin çığlığı beynimi deşir
Ayın məsumluğu gözlərimi sakitləşdirir
yuxu gətirir
huzur gətirir...
Ayın dürüstlüyü izlərindən bilinirdi
yaşanmışlıqlarını gizlətməmişdi sirətində
min illiklər boyunca üzündəki ləkə
cığıra salmışdı yaşananları...
Çöhrəsində al rəng sezilirdi
utanırdı pəncərəmdən uzaqlaşmağa
görüntüsü həm intihara səbəb olardı
həm də həyat eşqi qazanmağa...
Parıltısı duaları da dilləndirərdi içimdə
isyankarlığı da.
Çözərdi, bəlkə də,
lal olmuş arzuların keçmişini
Və bu gününü...
Aysel Abdullazadə - "Günəşin Düşmədiyi Odalar" kitabından
Yorumlar
Yorum Gönder