Ağlımdan keçər unutdum demək
Barmaqlarımdan keçər tutuqluluğum...
Əli qırılası bir həsrət var içimdə
Ürəyi qırılası bir eşqdən qalma.
Kirpiklərimin kənarından başlayır
Özlədim kəlməsi
sonrası
Boza bulanmışlıq...
Sayılan rəqəmlər sona vardığında
sonsuzluğun gerçəkliyi itər
sona varmaq,
unutmaq
və göz yaşı birikdirər...
Deyilən bütün sözlər qulaq ardı olar
kəlimələr saxta,
təsəllilər boş...
Unutdum desən, yalan...
Eşq desən,
səsinin özünə qayıtdığı bir otaqda hıçqırıq,
boğazına ip salınmış sözlər,
yanağında cığır açmış məsamələr
və arzularının ayağının altından itələnmiş bir kiçik masa...
Həyat desən,
bir dairəyə salınmış çoxluqlar ibarəti...
Aysel Abdullazadə...
Yorumlar
Yorum Gönder