Çılpağlığın dəb olduğu mövsümdəyik
bir azdan hər şey soyunacaq
ağaclar,
çiçəklər,
torpaq
soyunub soyudacaq bədənini...
Ağac yarpaqlardan əlbisəsini didik-didik edib
torpağa ərmağan edəcək.
çiçəklər ləçəyindən imtina
torpaq günəşdən...
Çılpaqlığı yaşayacaq təbiət
yarandığı doğallığa qayıdacaq doğa...
yabanı olacaq rüzgar
doğmalaşacaq yağmur...
Çılpaq bir şəhərin
qoynundan baxacaq ümidlər.
Siqaretin son kökü ilə birlikdə
yazılacaq islanmış şeirlər...
Bu şəhərə sonbahar gələcək
bəlkə də, gəlmiş artıq
soyundurub şəhvətlə
sevişəcək təbiətlə
çılpaqlığından utanan bu şəhər
al rəngə boyanacaq
ara bir, qızaracaq üfüqləri
Və soyuq bir vücudu saracaq doğulan şəfəqlər...
Aysel Abdullazadə...
Yorumlar
Yorum Gönder