Qəlbin diz çöksün qürurun qarşısında
sevgin əbədiyyətə qovuşsun,
eşq dünyasında...
Ruhun qalxsın göylərə
cismini tərk eyləsin
Varlığın bütünləşsin özünlə
Tanrını dərk eyləsin...
Sevərkən şəhərdə əzan səsi ucalar
ürəkdə sükutu inkar edən dualar
Onunla söhbətə başlar...
Səcdə etdiyin Eşq üçün
qəlbin möhür daşına toxunar...
Onun sevgisi yoxsa məhrəmində
nə səcdənə inanar
nə də Ona üsyanına məhəl qoyar...
Aysel Abdullazadə....
Yorumlar
Yorum Gönder