Post views: counter

15 Şubat 2017 Çarşamba

Dəniz üçün...

Var olmağın üçün bütün qəlbimlə
tələsirdim...
Yeni ayda səni gözləyirdim -
usanmadan,
yorulmadan,
ümidlə...
Və o gün -
səhərin altısında varlığının sevincini yaşadıq,
səssizcə bir-birimizə sarılıb ağladıq...
Bütün bədənimi titrətmişdin,
susmuşduq,
çaşmışdıq,
bu hissi belə yaşamışdıq...

Bir zaman sonra var olmağını
ən incəlikləri ilə hiss etdirməyə başladın.
Sanki "mən burdayam" deyirdin.
Ən sevdiyim yeməklər
boğazıma düzülmüş,
ən sevdiyim qoxular zəhərli tüstü kimi ciyərimi acıdırdı.
Olsun...
varlığın hər şeyin ötəsində idi.
Daha kim olduğunu bilmədən
bu qədər həyəcanla gözləyirdik səni.
Hər alışverişdə o kiçik vücudunu xəyal edib
əlbisələrini almadan keçməzdik.
Daha gəlmədən hər şeyin olmuşdu...

O gün -
varlığını bildiyimiz gün qədər həyəcanlı idi
kim olduğunu öyrənmək.
Bir qızınız olacaq demişdi
uzist həkim...
Bir qızımız olacağını bilmək sevinci
səmanın ən uca qatına qaldırmışdı bizi...
Artıq bizi biz edən SƏN idin.
Adını belə qoymuşduq,
adınla səslənir,
adınla sevirdik səni...

Bir zaman sonra hərəkətini hiss etdim içimdə,
izah olunmaz duyğu ilə hələ gəlmədən
bu sevinclə dəli etmişdin məni...
Sanki nəsə demək istəyirdin,
bəlkə sən də bizə qovuşmaq üçüb tələsirdin.
Gecələr yatmaqdan çox
şirin "təpiklərin" sızıltısına çevrilmişdi artıq.
Gecəm də, gündüzüm də sən olmuşdun.
Hər əziyyətin isti suya qatılmış bal kimidir
əridikcə şirinləşir, dadlanır...

Bütün varlığım sənə qarışıb,
bütün arzularımın gerçəyə dönüşməsisən, qızım!
Xəyallarımın utopiyadan həqiqətə çevrilişi,
qadınlıq duyğularımın məhrəmisən, qızım!
Məni o yüksək ada - analıq zirvəsinə qaldıran,
sevdiyimə ata adını bəxş edən qızım - DƏNİZ'im!
Gəlişinə geri sayımdayam,
Tanrı qədəmlərini səadətə calasın...

15.10.2016 - 16:30




0 yorum:

Yorum Gönder

 
Post Views Script by MBT -->