Bir qədəhin dibində qan qırmızı şərab,
qaranlıq otağı bəyaz işığa boyayan
Ayın nazlı süzülüşü,
yanan odun çartırtısı,
bayırdakı qar dənələrini qovan rüzgar uğultusu ilə qarışıb
dodaqlarında udqunmaq üçün
qışı gözləyirəm...
qaranlıq otağı bəyaz işığa boyayan
Ayın nazlı süzülüşü,
yanan odun çartırtısı,
bayırdakı qar dənələrini qovan rüzgar uğultusu ilə qarışıb
dodaqlarında udqunmaq üçün
qışı gözləyirəm...
Yaşıllıq içində çiçəkləyən bir ərik ağacının
ağ çiçəklərindən
saçına çələng hörmək,
ilıq günəşin partıltısında baxışlarını qucaqlamaq,
yağmur sonrası torpaq qoxunu ciyərimə doldurmaq üçün
baharı gözləyirəm...
ağ çiçəklərindən
saçına çələng hörmək,
ilıq günəşin partıltısında baxışlarını qucaqlamaq,
yağmur sonrası torpaq qoxunu ciyərimə doldurmaq üçün
baharı gözləyirəm...
23.09.2017
Yorumlar
Yorum Gönder