"Şeir yazmaq..."
Şeir yazmaq -
gecənin bir aləmində
qələmi yorğanın etməkdir.
O qələmdən axan isti mürəkkəbi
bəyaz kağızda soyutmaqdır.
gecənin bir aləmində
qələmi yorğanın etməkdir.
O qələmdən axan isti mürəkkəbi
bəyaz kağızda soyutmaqdır.
Şeir yazmaq -
bəzən bir kişinin ürəyini ovutmaq,
Sevgisini ovcunda sıxmaq
Və gizli duyğularına bıçaq yarası açmaqdır.
bəzən bir kişinin ürəyini ovutmaq,
Sevgisini ovcunda sıxmaq
Və gizli duyğularına bıçaq yarası açmaqdır.
Şeir yazmaq -
Hər insanın görə bilmədiklərini
görməkdir.
Hıçqırıqsız süzülən göz yaşlarını,
Donmuş hisslərini,
Həsrət küləyinin sovurduğu arzularını
bir-bir yerlərdən toplamaqdır.
Hər insanın görə bilmədiklərini
görməkdir.
Hıçqırıqsız süzülən göz yaşlarını,
Donmuş hisslərini,
Həsrət küləyinin sovurduğu arzularını
bir-bir yerlərdən toplamaqdır.
Şeir yazmaq -
Bir qadının ürəyinə yol tapmaqdı,
Bir ananı sabaha inandırmaq,
Bir körpəyə ümid bağlamaqdı...
Bir qadının ürəyinə yol tapmaqdı,
Bir ananı sabaha inandırmaq,
Bir körpəyə ümid bağlamaqdı...
Şeir yazmaq -
İçindən asılmış
intihar kəndirində boğulmaq,
Ayağın altındakı stulu qələminlə itələməkdir.
İçindən asılmış
intihar kəndirində boğulmaq,
Ayağın altındakı stulu qələminlə itələməkdir.
Şeir yazmaq -
bütün haqsızlıqlara hayqırmaq,
günahlara əhv istəməkdir.
Dilək diləmək, əhd etməkdir.
Göylərdən səadət ummaq,
Ovucları yuxarı baxan əllərə inam səpələməkdir.
bütün haqsızlıqlara hayqırmaq,
günahlara əhv istəməkdir.
Dilək diləmək, əhd etməkdir.
Göylərdən səadət ummaq,
Ovucları yuxarı baxan əllərə inam səpələməkdir.
Şeir yazmaq -
Misralarınla ibadət etməkdir,.
Kağızın səccadə, qələmin möhür,
Pozanınla üzü qibləyə dayanmış
arınmağa hazır insan olmaqdır.
Misralarınla ibadət etməkdir,.
Kağızın səccadə, qələmin möhür,
Pozanınla üzü qibləyə dayanmış
arınmağa hazır insan olmaqdır.
Şeir yazmaq - şair olmaqdır.
Şair olmaq -
Şeirdən bir komaya sığınmaqdı...
Şair olmaq -
Şeirdən bir komaya sığınmaqdı...
08.09.2016
Yorumlar
Yorum Gönder