Bir gün heç ummadığın anda
taqətdən düşəcək qolların,
söz tutmayan dilin
və quruyan dodaqlarının çatları
gözlərinin dərinliyindən su gətirəcək…
Bir gün ağlayacaq ürəyin,
hıçqırıqsız,
heç dinmədən,
səssizcə içindən
lal olacaq arzuların...
taqətdən düşəcək qolların,
söz tutmayan dilin
və quruyan dodaqlarının çatları
gözlərinin dərinliyindən su gətirəcək…
Bir gün ağlayacaq ürəyin,
hıçqırıqsız,
heç dinmədən,
səssizcə içindən
lal olacaq arzuların...
Bir gün xatirində bir səhnə qurulacaq.
Qolların sonsuzluğun qaranlığında boş qucağa çevriləcək.
Zəlzələ sonrası uçurumlar altında qalmış kimi
bütün əzaların sızıltılı bir musiqi simfoniyasını andıracaq.
Qolların sonsuzluğun qaranlığında boş qucağa çevriləcək.
Zəlzələ sonrası uçurumlar altında qalmış kimi
bütün əzaların sızıltılı bir musiqi simfoniyasını andıracaq.
Bir gün ümidlərin vücudundan əvvəl öləcək.
Ruhun cismində ikən tərk edilişi dadacaq soyuq bədənin.
Bir gün kimsəsizliyə qonaq olub,
heç kim olaraq həyatdan göylərə deyil,
yerin ən dərin qatına köçəcəksən.
O gün bu gündür...
Ruhun cismində ikən tərk edilişi dadacaq soyuq bədənin.
Bir gün kimsəsizliyə qonaq olub,
heç kim olaraq həyatdan göylərə deyil,
yerin ən dərin qatına köçəcəksən.
O gün bu gündür...
08.02.2017
Yorumlar
Yorum Gönder