Qarşısında boz rəngli ümidlərin səpələndiyi masa
Və bir də yanağındakı çuxura dolmuş damlalar ilə dərdləşirdi bir qadın...
Səssizliyin çığlığından qulaq tutulurdu.
Nə idi düşündüyü?
Yaşantılar,
Aldanışlar,
Ümid dolu ümidsizliklər,
Bir də solmuş vədlər...
Bir qadının sağalmaz yarasıdır
Ona qarşı deyilib də tutulmayan sözlər...
Bir qadın ümidini itirdiyi vaxt acizləşir,
gücsüzləşir.
Bir qadın aldadıldığı zaman tükənir..
Sakit nəzərlərlə masadakı ümidsizliklərini topladı...
Yanağındakı damlaları əlinin tərsi ilə boşaltdı,
Və qadın ayağa durdu.
Bu duruş gücünü göstərdi ona...
Bir qadın aldadıldığı vaxt güclənir
Pəncərə kənarındakı məsum varlığa baxdı -
Övladına...
Hər şeyi sıfırlayıb yenidən ən başa qayıtdı.
O gün o qadın qazandıqlarının fərqinə vardı,
O gün o qadın nə qədər güclü olduğunu anladı... anladı...
O gün hər şey o qadın üçün yenidən başladı.
Və o gün o qadın bir şeyi öyrəndi -
Qadın ana olduğu zaman güclüdür...
04.02.2017

Yorumlar
Yorum Gönder