Ana içeriğe atla

Qadın ağlayarsa...


Bir qadın ağlayır...

Nəyədir, niyədir deyə soruşmaz.
Kimədir gözyaşları bilə bilməzsən. Ağlamaq istəyir və ağlayır. Bəlkə qanadı qırıq bir göyərçinin çırpınışına, bəlkə keçmişdəki bir anıya, ya da keçən hər ilə... Vardır mütləq bir səbəbi. Yada içini ağrıdan biri...

Göz yaşları ilə onu ona izah edər, qışqırığı hər damlada saxlıdır. Axmış sürməsinin onu çirkin göstərəcəyini düşünmədən boşaldar qadın içini. Ən müdafiəsiz halıdır onu ən güclü qılan. Ən böyük silahıdır, bəlkə də, qadının bir kişiyə qarşı göz yaşları. Sanki gülləsiz bir silahın hər an partlamağa hazırmış kimi ürküdən ədası. Hansı tərəzi ölçə bilər, bir qadının göz yaşının dəyərini? Sərraf işi bu! 

Bir damlası nə qədər ağrıdar bir kişinin içini. Nə hiss etdirər əlləri üzündə hıçqırıqlarla ağlaması sevdiyinin, bir kişi ürəyinə?! Sulandırmazmı bizlərin də gözlərini? Qəsdlə ağlatsaq belə sevdiyimizi...

Siz qadınlar da bilirsiniz, bir kişinin sevdiyinin bir damla göz yaşına nələri fəda edəcəyini. Nə gözəl də istifadə edirsiniz bu özəlliyinizdən. Uşaqlar kimi siz də hər istədiyinizi yoldaşınıza ağlayaraq elətdirmirsinizmi?

Qadını ağlayarkən yanlız buraxmaq...

Səbəbi nə olursa olsun, ağlayan bir qadın tərk edilmez... buraxılmaz... gedilməz... Məntiq xaricidir ağlamaq. 

Özü üçün ağlamamalıdır insan, hər zaman deyərəm.
Yəni, səbəbi nəticəsində olmalı hər göz yaşının. Sevgiliyə tökülməli, bəlkə də, bir yabancıya, ya da acı verən keçmişə. Bəlkə də bir qar dənəsinin yerə düşmədən əriməsinə... Dünyada, yaşadığımız nəfəs aldığımız ətrafda bu qədər çox ağlanacaq fakt varkən, özü üçün ağlaması insanın eqoistliyidir, ya da acizliyi...

Özləmək kimidir, mənə görə, ağlamaq. Darıxılan xüsusi olunca özləmək də gözəl olur. Ağladığın dəyirsə göz yaşlarına, bax, o zaman ağlamaq gözəlləşir...

Ağlamasın qadınlar, həmişə gülsün... Üzləri deyilsə belə, gözləri gülsün ...

Öldürməyən hər acı gücləndirər, demiş Nietzsche...

Qadını da yetkinləşdirən göz yaşıdır...

İçindəki irindir, zəhərdir qadının göz yaşı. Ağlamalıdır ki içindən axıtmalıdır hirsini, kinini, ehtirasını, sevgisini, və nifrətini... Ağlamayan qadın ölər. İçindəki zəhər onu öldürər ..

Hər qadın ağlasın deyirəm mən.. Amma ağlamağı yalnız xoşbəxtliyindən olsun...

Ya da həmişə gülün, gülün ki, kişilər sizi yenidən, yenidən və yenidən sevsinlər...
 
Aysel Abdullazadə...16.06.2015

Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar