Ana içeriğe atla

Cehiz toplamaq aksiyasından vazkeçin!


Aysel Abdullazadə yazır:

Niyə həyatı tezləşdiririk?
Nə üçün zamanı qabaqlamağa çalışırıq, saatın əqrəblərini tez-tez çevirib vaxtı irəlilətməklə yaşayırıq?

Bir insan doğuldu, bir ananın övladı dünyaya gəldi. Bu övlad qızdırsa, zamanı lap çox darıxdırırıq. Ana qızını böyütməklə, onun tərbiyəsi, təhsili ilə məşğul olmur, vaxt keçsin, 16-17 yaşına gələn qızını evləndirsin deyə fikirləşir. Hələ uşaq vaxtlarından cehizlər yığılır. Bahalı dəstlər, qab-qaşıq, yorğan-döşəklər hazır olur. Bircə qalır, qızın ərə getməyi...

Özünü anlayandan qızlar analarından "cehiz” sözünü eşidirlər, bu sözün təsiri ilə böyüyürlər. Fikirlərinin bir nöqtəsində ərə getmək qəlibi özünə yer açır və yaş irəlilədikcə bu qəlib yerini böyüdür. Bu şəkildə böyüyən bir qız mütləq ərə gedəcəyinin doğrultusunda həyatının formatını bəlirləməkdə aciz olur. Nəticədə, insan həyatının axarının qarşısı alınır. Fikir olaraq düşündüyü bu situasiya artıq yaşamında təzahür edir.

Ərə getmək, ailə qurmaq çox doğal bir haldır. Amma bu düşüncəni lap kiçik yaşlardan beyinə yeridib, həyatı bunun üzərinə adaptasiya etmək yaşamın formatından uzaqlaşmağa gətirib çıxarır. Ana qızına gözəl əxlaq, tərbiyə aşılamalı, bunun üzərində çalışmalıdır. Sonrasında yaxşı təhsil verməli, zəka və bilgi vəhdətində dünyagörüşünün genişlənməsini sağlamalıdır. Ona cehiz avadanlıqlarının gözəlliyindən və vacibliyindən yox, kültür, nəzakət qurallarının önəmliliyindən bəhs etməlidir.

Bir qıza öncə kültür, sonra təhsil gərək olan ən önəmli amildir.

Kültürsüz və təhsilsiz qadın toplumu məhv etməyə qadirdir! Çünki insan qadın - ana tərbiyəsindən yetişir, formalaşır.

Zaman məfhumunun tələsdirilməsindən bəhs etdik. Ananın qızına yalnız ərə getmək, cehiz toplamaq xüsusunda verdiyi, aşıladığı tərbiyə yanlışdır və nəticədə, bir insan yaşamı öz cığırından çıxaraq idarə olunmağa məhkum olur. Halbuki, insan həyatının idarəsi insan əlində ola bilməz. Axarı ilə yaşanılan həyat ən düzgün və uyğun olandır.

Orta məktəbi bitirən, yaxud universitet təhsili alan bir gənc qızın beyninə "niyə evlənmirsən, evdə qalacaqsan, ərə getmək vaxtıdır” yeritməyin, əslində, insan həyatına müdaxilə etmək olduğunun fərqində deyilik. Həyatın qanunları onun öz idarəsindən asılıdır. Bəli, ailə qurmaq həyat quralıdır və bunu zaman, yaşam özü cızaraq insana gətirib çıxaracaq. Zamanı qabaqlamaq doğaya qarşı gəlməkdir ki, bu da ən böyük yanlışlıqdır.

İnsan həyatı kimsədən asılı ola bilməz və müdaxilə zəminində uçurum kənarına aparılmağa müvəffəqdir. Yaşam zamanla vəhdətdədir. Axarı ilə yaşanılan həyat ən doğru olandır.

Övladlarınıza evlənməli, ərə getməli olduqlarının məcburiyyətindən bəhs etməyin. Onlar, zatən, doğallığın insana verdiyi xüsusları müəyyən yaşa gəldiklərində anlayacaq və dərk edərək qəbul edəcəklər.

Kiçik yaşlarından başlayaraq qızlarınıza cehiz toplamaq aksiyasından vaz keçin, onlar üçün kitab-dərgi toplayın, bilgi verin, təhsilə yönləndirin və gözəl bir yetişkin insan formalaşdıraraq əsərinizi dünyaya tanıdın.

29.12.2015

Yorumlar

  1. Gözəl, maarifləndirici yazıdır. Bəzi məqamlarınız var idi ki, orada durub, düşünmək məcburiyyətində qaldım. Amma ümumilikdə, əla idi.

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar