Post views: counter

24 Aralık 2015 Perşembe

Borclusan mənə, həyat...


Heç bir zaman qarşı çıxmadım sənə.
Ürəkləri köhnəlmiş insanların içində
yaşadığım ağrılar var
və onlar qədər məndə varam...

Yaşaya bilmədiyim ağrıları da yaşadacaqsan,
bilirəm,
zamanı gəldiyində,
amma yenə də təkliyimlə yaşayıram səni...

Sənin fərqində olmadan
yaratdığın əsərinəm mən.
Qarşındayam.
Desəm ki, tərk edib gedirəm
səndəki yaşanmışlıqları,
əhəmiyyətli hesab edərsən mi, görəsən?

Onsuz da həmişə tərk edilmiş duyğuların kölgəsində yaşanır
can ağrısı.
İnsan əvvəl beynində sevir,
əvvəl beynində qışqırır
sevgi sözlərini.
Sonra...
Sonrası yoxdu, əslində.
Hamı həmişə içində tutur bir ömür boyu…

Borclusan mənə, həyat.
Dənizi mavi olaraq görmüşdüm ilk dəfə,
buludları isə ağ olaraq xatırlayıram.
Hesablaşa bilmədiyim yalnız uşaqlığım qaldı,
bir də günahsızca sevən ürəyim
və gecənin qaranlığı qaldı.
Digər bütün dəyərlər isə getdi həyatımdan.
İndi isə heç bir şeyim yoxdu…

Sırf mənə inad olsun deyə bütün yaşatdıqların
həmişə şahidsiz,
həmişə soyuq,
həmişə mənasız söhbətlərdə qaldı.
Bütün keçmişimə inad,
bütün bu sətirlərə inad,
əsla unutdum sanma...

Təxirə salınmış bir sevgi borclusan mənə, həyat!
Yalnız bir damcı sevgi…
Borclusan!

Aysel Abdullazadə
27.10.2015

1 yorum:

  1. Həyat , bizə çox şey borcludur. Təsirli şeir idi. Qələminiz var olsun!

    YanıtlaSil

 
Post Views Script by MBT -->