Post views: counter

24 Aralık 2015 Perşembe

Julian Treasure: Daha yaxşı dinləməyin 5 yolu (TED talks)


Julian Treasure: Daha yaxşı dinləməyin 5 yolu

Həyatda ən çox əhəmiyyət verdiyim mövzulardan biri, qarşımdakı insanları hər zaman diqqətlə dinləyib anlaya bilmək və insanların, dediklərimi dinləməyini təmin etmək, bundan zövq aldıqlarını hiss etməkdir. Lakin çox təəssüf ki, çağımızın xəstəliklərindən biri də dinləmək bacarığının olmamasıdır.

O qədər məşğul və eyni anda bir çox iş görən insanlar olduq ki, çox zaman qarşımızdakı insanı dinləmir, lakin israrla dinlədiyimizi söyləyirik və hətta buna bizlər də inanırıq. İnsanları dinləməyimiz üçün kəsinliklə səy göstərməkləri gərəkir, fərqli bir şeydən və fərqli bir şəkildə bəhs etməkləri lazımdır, əks təqdirdə, dönüb baxmırıq.

Treasure: "Dinləmək, bizim anlamağa olan cəhdimizdir" - deyir və bu, çox əhəmiyyətli bir nöqtədir. Dünyadakı çətinliklərin çoxu bir-birimizi dinləməməkdən, bu mövzudakı laqeydliyimizdən qaynaqlanır və Treasure, şüurlu dinləməyimizi inkişaf etdirmək üçün 5 məşqdən bəhs edir.

Treasure bir əhəmiyyətli nöqtəyə diqqəti cəlb edir və məktəblərdə dinləmə mövzusunda təhsil verilməməyinə etiraz edir. Təhsil sistemlərimiz bizləri davamlı danışmağa və təqdim etməyə, bizi dinləyəcək birliklərin önünə çıxarmağa yönəlmiş vəziyyətdədir, lakin heç birimiz yaxşı bir dinləyici olmaq üçün təhsil almırıq, hətta bu müraciətlərimizi inkişaf etdirmək üçün səhnəyə çıxır və bizdən sonrakı çıxışı diqqətlə dinləyə bilmirik. Bu ciddi və həll olunması gərəkən bir problemdir.

Barış istəyiriksə, bir-birimizi anlamağımız və bir-birimizi anlamaq istəyiriksə də, şüurlu dinləyən fərdlər olmağımız lazımdır. Bunu bacarmaq üçün ilk addım isə Treasure'nin tövsiyə etdiyi məşqlər ola bilər!



Çevirdi: Aysel Abdullazadə 

0 yorum:

Yorum Gönder

 
Post Views Script by MBT -->