Post views: counter

24 Aralık 2015 Perşembe

Ron Gutman: Gülümsəməyin gizli gücü (TED talks)


Ron Gutman: Gülümsəməyin gizli gücü

"The hidden power of smiling" çıxışında, Ron Gutman gülümsəməyin inanılmaz təsirindən bəhs edir. Danışıq boyunca özü də davamlı gülümsədiyi üçün onu dinləmək ikiqat xoş təəssürat bağışlayır.

Hamımız gülümsəməyin insana özünü daha yaxşı hiss etdirdiyini bilirik. Ancaq Gutman çıxışında bu bilgini elmi məlumatlarla dəstəkləyir. Aparılan araşdırmalarda, olduqca maraqlı nəticələr əldə olunub. Məsələn, şəkillərdə gülümsəyən insanların, gülümsəməyənlərə nisbətdə daha uzun ömürlü olduğundan bəhs edir.

Bir dəfə gülümsəməyin beyində 2000 dənə şokolada ekvivalent səviyyədə xəbərdarlığa səbəb olduğunu deyən Gutman, xoşbəxtliyin ən az kalorili yolunun bu olduğunu gülərək sözlərinə əlavə edir.

Gülümsəməyin möcüzə təsirlərini öyrənmək istəyənləri bu videonu izləməyə dəvət edir və yazımızı Gutman'ın sözləri ilə bitiririk.

"Sənə və ətrafındakılara daha uzun, sağlam və xoşbəxt bir həyat yaşamaqda kömək olacaq super güclərə sahib olmaq istədiyin zaman, gülümsə".



Çevirdi: Aysel Abdullazadə 

0 yorum:

Yorum Gönder

 
Post Views Script by MBT -->