Post views: counter

24 Aralık 2015 Perşembe

Meg Jay: Niyə 30'lu yaşlar, yeni 20 deyil? (TED talks)


Meg Jay: Niyə 30'lu yaşlar, yeni 20 deyil?

Meg Jay bu videoda anlatdıqları ilə bir növ, mənim düşüncəmin doğru olduğunu göstərmiş.

Hər şeydən əvvəl bunu söyləmək istəyirəm, yaxınınızda 20'li yaşlarında biri varsa, dərhal bu videoyu izlətməlisiniz.

20'li yaşlar enerjimizin və həvəsimizin ən yüksək olduğu illərdir, lakin ağıllı davranmasaq, irəliləyən yaşlarda azalan həvəsimiz və tükənən canlılığımız ilə işlər olduğundan daha çətin vəziyyətə düşə bilər.

Jay, videoda iki qadının hekayəsindən bəhs edir, ilkində hələ bizə izah etdiklərinin özü də fərqində deyil, lakin anlayır və anladıqdan sonra göstərdiyi iki nümunə ilə 20'li yaşlarındakı insanlara kömək etdikcə bizlərin, daha asan bərpa ediləcək xətalarımızın olduğunu sübut edir.

Yaşadığımız dünya dəyişmiş, hər şey sürətlənmiş və insan ömrü uzanmış olsa belə, bilməliyik ki, 20'li yaşlar puç edilməyəcək qədər qiymətlidir. Və gələcəyimizi ciddi mənada bu yaşlar təyin edir.

Bunun, heyran olduğumuz birini təqlid etmək, ya da birinə oxşamağa həvəs etmək əvəzinə, xarakterimizi, kimin kimi deyil, kim olmaq istədiyimizi və irəlidə harada və nə etmək istədiyimizi sorğulamaq, həyatımızı qurmaq üçün ən doğru yaşlar olduğunu deyə bilərik.

30 çox gec, bu gün başla!

Həvəs etdiyin hər nə varsa

İmtina edib, zibilə atmaq istədiyin hər nə isə

İşləmək, yaratmaq istədiyin sahəyə

Qurmaq istədiyin ailə həyatına

Xəyallarına və gələcəyə atmaq istədiyin təməllərə

20'li - ən güclü olduğun yaşda, istədiyin "o" şeyə başla!




Çevirdi: Aysel Abdullazadə 

0 yorum:

Yorum Gönder

 
Post Views Script by MBT -->