Ana içeriğe atla

"Bütün şeirlərimdə məndən bir parça var" - MÜSAHİBƏ


Bu günkü müsahibim pedaqoq, yazar Aysel Abdullazadədir...

- Salam canım, necəsən?
- Salam... Şükür Allaha, yaşayırıq.

- İşlər və həyat necə gedir?
- Axarı ilə, getməsi gərəkən yolla gedir.

- Özün, həyatın, yaşamın və iş fəaliyyətin barədə bizə danışasan bəlkə?
- Özüm yaxşıyam. Həyatım da mən yaxşı olduğum müddətcə yaxşıdır (gülür). İş fəaliyyətim də davam edir, yazılar, şeirlər, yazmaq və yazmaq... Kitab üzərində işləyirəm. Yaxında nəşr olunacaq.

- Nə baş versə, Aysel tam xoşbəxt olar?
- Aysel xoşbəxtdir, ümumiyyətlə, tam xoşbəxtlik anlamı yoxdur. Nisbilik var bu qavramda. An etibarilə yaşanan bir nəsnədir və mən an etibarilə xoşbəxtəm. Təbii ki, xoşbəxtliyimi artıracaq arzularım var ki, gerçəkləşməyini istəyirəm.

- Aysel güvəndiyinimi sevər? Sevdiyinəmi güvənər?
- Mənə güvən verməyən adamı sevə bilmərəm. Məndə sevmək anidən olmur, olmaz. Yaradılar, sevgi nələrinsə üzərində qurulur, mütləq bir özülü olur. Mənim üçün o özül - bünövrə güvən və sayğıdır.

- Güvəndən söz düşmüşkən, ümumilikdə güvən nə deməkdir?
- Gözü bağlı olaraq beynində heç bir sual işarəsi yaranmadan inanmaq.

- Təhsilli və işgüzar xanım olaraq bunun sənə (qadına) verdiyi töhfələrdən danış.
- Bir qadın üçün təhsilli olmaq avantajdır. Həm də böyük bir avantaj. Həyata açılırsan, topluma qatılırsan, söz haqqın və fikir yürütmə hüququn olur. Təhsil hər şeyin üstündədir. Bəzi qızlar görürəm, 17-18 yaşında ərə gedir, çox üzülürəm, həyatlarını yanlış addımlarla qururlar. Ona heç həyat qurmaq da demək olmaz, həyat özünü təsdiq etməkdir, ərə getmək isə şəxsiyyəti təsdiqləmir.

- Sevgi deyəndə Aysel nə düşünür?
- Vəhdət...

- Ayselin işlərindən başqa maraq dairəsi nədir?
- Maraq dairəm elə yazmaqdır ki, bu da birbaşa işimlə bağlıdır. Bir də dəniz. Dəniz olmadan yaşaya bilmərəm.

- Bəs, Ayselin şəxsi həyatı nə yerdədir?
- Ən uyğun yolla gedir, dayanmır, sadəcə gedir.

- Yaşadığın hər şeyə rəğmən üzündən gülüşü, içindəki balaca uşağı saxlaya bilmisən,  bunu necə bacardın?
- Bilirsən, həyatın sənə (insana) verdiyi acıların mahiyyəti də bundan ibarətdir, o keşməkeşlərdə nələri qoruyub saxlaya bilirsən, nələri isə itirirsən. Var gücümlə vicdanımı və inamımı qorumağa çalışmışam, bu da birbaşa ruhuma yansıyır.

- Bəs səncə, vətənpərvərlik anlayışı nədir?
- İnsanın daxilindən doğan Vətən sevgisi.

- Kimdir vətənpərvər?
- Vicdanı ilə Vətən sevgisini ruhunda, canında, qəbində daşıyan. Söz ilə vətənpərvərlik olmur, əməl lazımdır. Bu da çox az insanda olur.

- Ayselin yazdığı şeirlərin hansı öz həyatı ilə daha sıx bağlıdır?
- Bütün şeirlərimdə məndən bir parça var, mütləq var. Amma özümü tapdığım, ruhumu qoyduğum  - "Qadınam mən!" adlı şeirdir.

- Ayselin xəyal dünyası genişdir, bəs, o geniş xəyallar nələr və kimlərdən ibarətdir?
- Doğrudur, xəyal dünyam çox genişdir. Çünki xəyallar gerçəyə dönüşdürmək üçündür. O xəyallarda gələcəyim, planlarım var.

- Bir insanın səni sevdiyini necə anlayarsan?
- Verdiyi dəyərlə.

- Bir kişinin xəyanət etməsini nədən bilərsən?
- Tez-tez sənə güvənirəm deyib gözlərindəki yalandan.

- Elə xəyanətdən söz düşmüşkən, xəyanətin səbəbi nədir, səbəbkarı kimdir?
- Bu individual sualdır, yəni subyektə görə dəyişər. Tamamilə insanla - şəxsiyyəti və kimliyi ilə əlaqədardır. Şərəf qavramı insan üçündür. Şərəfsiz kişi də var, qadın da. Xəyanətkar da həmçinin. Əsas bir nüansı qeyd edim ki, insan xəyanətində qarşı tərəfin əksikliyi var. Az və ya çox dərəcədə, amma mütləq var.
Bəzən eşidirik, deyirlər, "Kişinin kukla kimi arvadı var, başqası ilə münasibətdədir". Gözəllik, "kukla" olmaqla iş bitmir. Sən o kişinin daxili dünyasını boş qoyursansa (yaxud əksinə kişi qadının), ora girə bilmirsənsə, gözəlliyinin mahiyyəti sıfıra enir. Kişi hər görüşdüyü qadınla seksə görə münasibətdə olmur. O, ümumiliyin sadəcə var olan bir hissəsidir. Kişilər yorulmadığı, bölüşə bildiyi, daxilini paylaşdığı qadınlara ehtiyac duyurlar. Bizim çox qadınlar da bunu verə bilmir. Evə baxır, dadlı yemək bişirir, yaxşı dolma bükür, aş dəmləyir, uşaq doğur, bəzənir, amma dinləməyi, paylaşmağı, dərd ortaqlığını bacarmır. Məsələ budur.

- Aysel bu həyatda nəyi bağışlamaz?
- Yalanı... Yalan danışan adama özümdən asılı olmadan nifrətim yaranır. Buna mane ola bilmirəm. Özüm çox dəqiq insanam, ona görə də qarşımdakından bunu görməyəndə alınmır.

- Gələcək plan, arzu, istəklərin nələrdir?
- Çoxdur... Allah nəsib etsin. Kitablarımı,yazılarımı genişlətmək və dəniz kənarında bir ev tikmək...

- Ən çox hansı yazarın kitablarını oxuyursan?
- Pis kitab yoxdur deyə düşünürəm. Amma mənim yazarım Oşo'dur. (Osho)

- Ən son bitirdiyin kitabın adı və tarixi...
- Amerika yazarlarından tərcümələr kitabını almışdım bir həftə öncə, dünən bitirdim.

- Aysel və kitablar bir birinə çox yaraşan ikili. Bəs, Ayselin öz həyatından kitab yazılsa, adı nə olardı?
- Oğurlanmış iki il...

- Qadınlar güclüdür, bilirəm, amma bir yerdə insan çökür. Qadının ən aciz olduğu an hansı andır?
- Məncə, bir qadının aciz, çarəsi anı övlad itkisi olan zamandır. Qalan hər şey zamanla keçir. Amma bu acizlik heç nə ilə sağalmır.

- Ayselin həyatından kitab yazılsaydı, həmin kitabın hansı tarixli səhifəsini cırmaq istərdin?
- Cırmaq istədiyim səhifə kitabın yazılma səbəbidir, əgər cırsam, o kitab ərsəyə gəlməz, yaşanmışlıqlar olmaz. 2010 iyun...

- Niyə namus dedikdə ilk qadın ağıla gəlir?
- Namus insana aid olan qavramdır. Cinsə görə bölünmür. Bunun belə alqılanması toplumun qadın üzərindəki hegemonluğundan irəli gəlir. Amma çox bəsit düşüncədir.

- Aysel dünyanı idarə etsəydi, hansı dəyişikliyi edərdi?
- Şiddət görən qadınlar üçün sığınacaq yerinə, şiddət göstərən "kişilər" üçün heyvan barınağı açardım.

- Manatın dəyərdən düşməsi, dolların qalxması Ayselə necə təsir etdi?
- Hamı kimi...

- İstər saytlardakı məqalələrin, istər müsahibələrin, ümumilikdə bütün yazıların maraqla oxunur. Bunun sirri nədir?
- Çoxlarının demək istədiyi şeyləri deyirəm. Sirri budur. Əksər insanlar qaldırdığım, qələmə aldığım bütün problemləri bilir, görür, sadəcə dilinə gətirə bilmir, asılılığı var, müstəqil deyil. Bir sözlə, aktual mövzulara toxunuram.

- Aysel əgər bu işlə məşğul olmasaydı, başqa hansı peşəyə yiyələnmək istərdi?
- Dizayn-interyer işinə marağım və həvəsim böyükdür. Filoloq olmasaydım, dizayner olardım. Amma yenə yazardım, yazmaq istəklə deyil, bir növ, daxildən gəlmədir, icazəsiz, sormadan dışa vurur ki, bunu da kağıza tökürsən.

- Ayselin mənfi cəhəti nədir?
- Çox tez inanıram. Bu xasiyyətimdən zəhləm gedir.

- Aysel nədən peşmanlıq çəkir?
- İstəmədiyim şeylər yaşamışam, uğurlusluqlar olub həyatımda. Amma lap dərindən peşmanlığım yoxdur. O acılar məni bu günkü mən edib.

- Eyni anda saat dəyişikliyi etmədən ya dostlarınla görüşməlisən, ya yeni məqalə yazmalısan, ya da qonaq qarşılamalısan. Hansını edərdin?
- Plansız qonaq getməyi də, qarşılamağı da sevmirəm. Yazı isə hər dəqiqə deyəndə yazmaq olmur, anı var, sırf o an daxilində yazmaq istəyi gəlir. Buna görə də dostlarla görşmək üçün bir əngəl qalmır. (gülür)

- Bəs, sənin etmək istdədiyində edə bilmədiyin şey nədir?
- Elə bir şey yoxdur, həm daxilən, həm ruhən, həm də fizikən sərbəst insanam. İstəmədiyim bir şeyi mənə kimsə etdirə bilməz. İstədiyimi isə uyğun şərtlərlə edirəm.

- Ən böyük, amma həyata hənüz keçməmiş arzun?
- Ana olmaq...

- Bir az da kinodan danışaq, Azərbaycanda kino mədəniyyəti nə yerdədir?
- Azərbaycanda kino mədəniyyəti yüksək inkişafdadır desək, yalan olar. Filmlər çəkilir, yaxşıları da olur. Amma insanımız doğru istirahəti seçməkdə acizdir. Məsələn, gənclik AVM-lərə daha çox axın edir, nəinki kino seyrinə. Bu da inkişafa əngəl olan şeylərdən biridir.

- Aysel hansı kinonu izləyib və uzun müddət təsirindən çixa bilməyib?
- "Titanik" və "Shutter İsland" filmləri. Psixoloji filmləri daha çox izləyirəm.

- Homoseksuallara qarşı fikrini öyrənmək istərdim.
- Tolerant yanaşıram. Sonuçda bu bir xəstəlikdir və bizim onları dışlamağa haqqımız yoxdur.

Maraqlı cavablar üçün təşəkkür edirəm.
- Xoş oldu, diqqət üçün mən təşəkkür edirəm.

Söhbətləşdi: Xanım Bağırova 

Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar