Niyə “ALO DAYƏ?”
Peşəkarlıq hər zaman brenddir! Xüsusilə də söhbət, xalqın və
dövlətin gələcəyi olan uşaqlardan gedirsə. Azərbaycanda peşəkar dayə yetişdirən
və bu dayələrlə xidmət göstərən tək şirkət olan “ALO DAYƏ” gülərüz, səmimi, qayğıkeş, təhsilli,
psixoloji və pedaqoji seminarlardan keçmiş professional yardımçıları
övladınızın qayğısı üçün hazırlayır. Valideyn və dayələrlə hüquq müqaviləsi
bağlayaraq hər iki tərəfin hüququnu qoruyan, sizi rahatlıq və güvənlə təmin edən
“ALO DAYƏ” şirkəti istənilən sorğu və
təkliflərinizə açıqdır.
Gəlin, professional bir baxışla irəliləməyiniz gərəkən bütün
yollarda zamanı idarə etmənizi balanslaşdıracaq yardımlarımız və
yardımçılarımızın köməyilə təlatüm və sevinclərinizi barter edək. Şəxsiyyət təməllərinin
atıldığı 0-6 dövründən başlayaraq övladınızın yaşayacağı hissləri, fərdə dönüşməsi,
özünü və ətrafı kəşf etməsini, eləcə də, bütün inkişaf mərhələlərini şüurla hərəkət
edəcək, ümumdünya psixoloqlarının standartlara uyğun fikirlərinə əsasən
hazırlanan kriteriyalara görə seçilən və tərəfimizdən mütəmadi olaraq
seminarlar və kurslarla təlim verilən dayələrimizə etibar edin. Dayələrimizin ailə ilə münasibəti şirkət tərəfindən
daim nəzarətdə saxlanılır. Həmçinin hər hansı fors-major sorumluluğu da şirkətimiz
daşıyır.
“ALO DAYƏ” deməyiniz yetərlidir!
Yorumlar
Yorum Gönder