Bir şəhər ol
Məsələn, Bakı kimi...
Küləyinlə sevdir özünü,
gözümə dolan qum dənəciklərinlə sevdir
yerə atılmış siqaret kötüyünlə
zibil qutusunun yanındakı boş su süşələrinlə
Və əl açıb: "sən o gözəlin canı, 20 qəpik ver" deyən dilənçilərinlə
sevdir özünü...

Bir şəhər ol, Bakı kimi...
yağmurunda palçıqlı küçələrinlə
qarda əriyən suların axışı ilə
insanların ictimai nəqliyyatda sıxılmış, komfortsuz gedişi ilə
sevdir özünü...
yağmurunda palçıqlı küçələrinlə
qarda əriyən suların axışı ilə
insanların ictimai nəqliyyatda sıxılmış, komfortsuz gedişi ilə
sevdir özünü...
Ac-susuz çörək qoxusundan doyan körpənin ağlayışı ilə
işsiz atanın övladının qarşısındakı utancaqlığı ilə
pulu dərman almağa yetməyən yaşlı təqaüdçünlə
sevdir özünü...
işsiz atanın övladının qarşısındakı utancaqlığı ilə
pulu dərman almağa yetməyən yaşlı təqaüdçünlə
sevdir özünü...
İntihara sürüklənən kreditli əhalinlə
körpüdən atlayan borclu insanınla
acınla,
toxunla,
acımasızlığınla.
körpüdən atlayan borclu insanınla
acınla,
toxunla,
acımasızlığınla.
Bir şəhər ol, Bakı kimi
sevdirə bilsən, sevdir özünü...
sevdirə bilsən, sevdir özünü...
Aysel Abdullazadə...
Yorumlar
Yorum Gönder