Ana içeriğe atla

Günaydın!

Bu gün necə oyandınız?
Məsələn, gözünüzü açdığınızda ağlınızdan ilk nə keçdi? Kimi düşündünüz? Nə etmək istədiniz?
Məsələn, məni günəş oyandırdı. İşıqları gözlərimə əvəzolunmaz bir parlaqlıq bəxş etdi. Gözümü ilk açdığımda görə bildiyim üçün, bu işığı hiss etdiyim üçün və Günəşin adını dilimdə söyləməyi bacardığım üçün şükran dolu bir təbəssüm yağdırdım kainata.
Sonra bir kofe dəmlədim. Ətrindən az qalsın ağlımı itirəcəkdim. O qədər muazzam idi kofe qoxusu. Məncə, kofe isti bir içəcək olmaqdan ziyadə daha dərin bir şeydi. Nəysə. Fincandan gələn ətirlə birlikdə pəncərədən ətrafa boylandım. Bir yerlərə tələsən maşınlar, harasa gedən insanlar diqqətimi çəkdi. Bir qurtum kofe içdikdən sonra beynimdə misralar yazıldı. Qeyd eləməsəm, unuduram. Nə qədər hafizəmi zorlasam da, ağlıma gələn o misranı xatırlaya bilmirəm. Hə… Yenə qeyd etmədim, yenə bir şeir doğmadan abort olundu beləcə. Olsun, dünyadakı abort olunan fetüslərin sayı mənim beynimdəki şeirlərdən milyonlarla çoxdur. Kaş ki, əksi olsaydı. Bu düşüncələrlə kofemi bitirdim. Otağa qayıtdım. Bu gün nələr edəcəyimi planladım. Normalda planlı yaşamı sevmirəm, amma bəzi şeylər mütləq planla yapılmalıdır. Məsələn, saat 2də vəkilimlə görüşüm var, sonra isə 6saatlıq bir səfər üçün bilet almalıyam.
Bir baxdım, telefonuma görüntülü zəng gəlir. Bakı vaxtı ilə saat 9 olmalı idi. Sevgilim, mən buraya gəldiyimdən bəri hər gün 8də mənə görüntülü zəng edir, sonra işə gedir. Bax, günümün enerjisinin 85/100 doldu artıq.
Deyirdim axı, günə enerjik başlamağınız gözünüzü açdığınızda ilk nə düşünməyinizdən asılıdır.
Günaydın!

Aysel Abdullazadə...


Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar