Ana içeriğe atla

Aysel Abdullazadənin "Günəşin Düşmədiyi Odalar" kitabının təqdimat mərasimi keçirilib

Fevralın 28-də "Kitabevim.az" kitab marketində gənc yazar, "YeniBaxis.Az” saytının təsisçisi və baş redaktoru  Aysel Abdullazadənin ilk kitabı - "Günəşin Düşmədiyi Odalar"ın təqdimat mərasimi keçirilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Hüseyn Arif" Ədəbi Məclisinin sədri Saqif Qaratorpaq, AYB, DGTYB və "Gənc Ədiblər Məktəbi”nin müdavimi, Prezident təqaüdçüsü, AMEA-nın doktorantı, gənc şair Gülnar Səma, AYB, DGTYB və "Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Şəfa Vəliyeva, "Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü İntiqam Yaşar, eyni zamanda yazıçı Səlim Babullaoğlu, Elxan Zal, şair Ramil Mərzili, Vüsalə Süleyman, Rübabə Sahib, Rauf Qərib Alagöz, Yetim Qacar,
Dr. Habil Vəliyev, İlhamə Dağlı, jurnalist Fatimə Hacıbəyli, Ramilə Qardaşxanqızı, Vasif Ayan və müəllifin digər qələm yoldaşları, həmçinin yaxın dostları iştirak edbilər.

Tədbiri giriş sözü ilə açan müəllifin yaxın rəfiqəsi, köşə yazarı, tənqidçi Günel Fərhadqızı yazarın yaradıcılıq nümunələri haqqında ürəkdolusu danışıb, müxtəlif illərdə qələmə aldığı nəzm əsərlərindən parçalar səsləndirib, publisistika sahəsindəki nümunələrinin mövzu dairəsinin müasir dövrlə ayaqlaşdığını xüsusilə qeyd edib. Yeni işıq üzü görmüş kitabının sədasının respublikanın hüdudlarından da kənardan gəlməsini diləyib.Tədbir iştirakçıları müəllifin yaradıcılıq yolu və fəaliyyəti haqqında öz fikir və düşüncələrini, xatirələrini bölüşdülər, arzu və istəklərini dilə gətirdilər. Müəllifə yeni yaradıcılıq uğurları və fəaliyyəti dilədilər. Bu günkü görüşün yüksək səviyyədə gerçəkləşməsində və həyata keçirilməsində "Kitabevim.az” mağazasının rəhbərliyi başda olmaqla, zəhməti keçən hər kəsə təşəkkürünü bildirib, işıq üzü görən kitablarından tədbir iştirakçıları üçün imzalayaraq, hədiyyə edib. Tədbirin sonunda isə imza törəni ilə xatirə şəkli çəkdirilib.

http://yenibaxis.az/edebiyyat/739-guneshin-dushmediyi-odalar-kitabinin-teqdimat-merasimi-kechirilib.html








































Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar