Adsız küçələr dar olur
Cansız cəsədini aparmağa gələn maşını sığdırmaz
yollarına.
Adsız küçələr eqoist olur
Hər insanı qəbul etməz içindəki dəmir
darvazalarına...
Adı olmur bu küçələrin
Elə işarətlə göstərirlər
Ya da
yanındakı məşhur bir supermarket istiqamətini deyirlər...
Adsız
küçələrdə yaşayan insanlar da eqoist olur
Digər
küçələri adı ilə tanıtmazlar
Nəyəsə
yönəlik tərif edərlər yolunu...
Bu küçələrdə
balaca uşaqlar top oynayar yalnızca
Gizlənqaç
oynamağa yerləri olmaz
Dar
dalanda divarlar gizlətməz onları...
Bəzən
bir ağaca görə tanınan bu küçə
“söyüd
ağacının” məşhurluğunu yansıdar
Söyüd
ağacının küçəsi olar...
Adsız
küçələr heç vaxt unudulmur
Bu küçənin
adsız sahiblərinin
Qəlbində
böyüyür, unudulmur...
Yorumlar
Yorum Gönder