Ana içeriğe atla

Ən son nə zaman arvadınız üçün sevgili olmusunuz?


Aysel Abdullazadə yazır:

"Yemək gətir, bütün gün canım çıxıb işdə..." - bu cümlə ilə başlayan axşamlar var ailələrdə.

Bizim toplumda qadın-kişi və ailə mövzusunda çatışmayan, olması gərəkən, amma bir dürlü ola bilməyən situasiyalar mövcuddur. Ümumiyyətlə, ailə çəmbərimiz çox darısqaldır, ora istəklərimizi qısıtlı şəkildə sıxışdırmışıq.

Bir qadın olaraq, bu mövzuya qadınların tərəfindən münasibət bidirəcəyəm. Əks cinsdən olan bir həmkarım da kişilərin nöqteyi-nəzərindən bu mövzunu bir az təhlil edib.

Ailə münasibətlərində ilk öncə dostluq, sonrasında hörmət, daha sonra isə sevgi ardıcıllığı olması prinsipinə əsaslanıram. Ən üzünömürlü və sayğılı ailələrin təməlində bu prinsip dayanır.

Günümüzdə kişilərlə yanaşı qadınlar da çalışır. Yəni hardasa, ikisinin də günlük yükü eynidir. Hər ikisi işdən evə gəlir. Yaxud da çalışmayan qadın evdə övladları ilə məşğul olur. Fərq etməz, mövzu hər iki situasiya üçün keçərlidir.

Axşam işdən gələn kişi ailəsi və qadını tərəfindən xoşhallıqla qarşılanır, gün ərzində qadının yükünün kişinin çalışma yükünə bərabər (bəzən isə daha ağır) olduğunu saymadan, yeməyi, səhər üçün geyimi, uşaqlarının hazırlığı və qulluğu normal şəkildə yerinə yetirilmiş olsa belə, kişi bundan razı qalmır. Evə gəlir, "yemək gətir, çay gətir" kimi əmrlərlə davranıb, istirahətini televizor qarşısında davam etdirən kişi, qadınının gününü belə sormağı ağlına gətirmirsə, bu ailə, birlikdə yaşamaq əzabına çevrilmiş bir məcburiyyətə dönür.

Qadının verdiyi suallara qısa və lakonik cavablarla, başından edərcəsinə televizorun ekranına köklənmiş fikirlərlə baxan kişi, qadından daha hansı qayğı və şəfqətin, lap elə, hörmətin hesabını soruşa bilər ki? Adama deyərlər, nə vermisən ki, nə də istəyirsən?

Və gecə yarısıdır, yatmaq zamanı gəlincə "yorğunam, mən yatıram" deyərək yatağına girib yuxuya gedən kişinin qadını nəvazişi kimdən görməlidir? Bütün gününü işinə və ya övladlarına həsr edən, gecəni də yanında odun kimi yatan bir kişi ilə keçirən qadın necə xoş aura ilə günə başlasın? Qadın ehtiyaclarının başında nəvaziş, şəfqət dayanır, siz beş min manat pul gətirsəniz belə, qayğısını, nazını çəkə bilmədiyiniz, qadınlığını ona hiss etdirmədiyiniz təqdirdə bunun önəmi olmayacaq.

Gözü başqa yerdə olan, daim axtarışda olan kişilərə sual verəndə ki, nə üçün axtardıqlarını qadınında tapmırsan, əksər hallarda, cavab bu olur: "Ailə başqadır, bu işlər başqa".

Sən ailə qavramını nə olaraq alqılayırsan? Ailə, uşaq dünyaya gətirmə mexanizmasıdır, yoxsa arvadının tozunu alıb otağın bir guşəsinə yerləşdirəcəyin vitrindir? Sən istəklərini qısıtlayıb, qadınından istəmədikcə, əlbəttə, bu cür düşünəcəksən. Sən qadınına nə zaman "ər" tabusundan çıxıb, sevgili ola bilmisən?
Onunla dərləşməyi, dost olmağı, yataqda istəklərini izah etməyi, bütün gözəllikləri yaşamağı arzuladığını dilə gətirmisən? Seksdən ancaq uşaq yapmaq üçün istifadədən vazkeçmisən, hisslərin gözəlliyini qadınında cəmləşdirmisən?

Bir də bu var... Ailə ortamında qadının kişidən istəkləri olanda, intim oyunlar düşünüb onu ərinə sərgiləmək istəyini söylədiyində kişinin verdiyi reaksiya dəhşətdir. Qadın dediyinə və düşündüyünə peşiman olur bu təpkidən. "Onu hardan bilirsən ki?, Sənə kim deyib ki? Niyə bu şeyi belə çox istəyirsən ki?, Bu haqda hardan eşitmisən?" kimi suallarla adamı hisslərindən soyudan "ər"lər var.

Bəyəm, hər şeyi kişi bilməlidir? Qadının gözü kor, qulağı kardır? Qadın televizor, film, kitab, internet istifadəçisi deyil? Bu suallar "sən bunu etmisən ki, bilirsən?" nəzərlərilə qadına qarşı yönəlirsə, əlbəttə, kişi istəklərini kənarda reallaşdıracaq.

Nə qədər ki, ailə qavramını çəmbərləmişik və oradan dışarıya çıxa bilmirik, bu, belə də davam edəcək. "Ər və arvad" tabularını sındıra bilmiriksə, elə, kişilər kənarda arzularını gerçəkləşdirsin, evdə qadını ilə, ancaq, uşaq yapmaq üçün sekslə məşğul olsun, qadınlar da orqazm yaşaya bilməməkdən əsəbləri tarıma çəkilib, bütün stressini sizə töksün. Bu da sizə AİLƏ!

İndi mən sual verirəm, bəylər...

Ən son nə zaman qadınınıza: "sabah gözəllik mərkəzinə get, mən tez gələcəm, uşaqlarla vaxt keçirərəm, sən get, bir az əhvalın dəyişsin, dəyişiklik et" demisiniz?

Ən son nə zaman: "evə gəlirəm, hazırlaş, yeməyə gedək, bir az əhvalımız açılsın, sənə də xoş olar" demisiniz?

Nə zaman: "Bu gün uşaqları nənəsigilə aparaq, axşam baş-başa bir gecə keçirək" deyib bunu istəmisiniz.

Ən son nə vaxt: "əlinizdə bir gül ilə qapını döyüb, qapını açan qadınınıza sarılıb öpmüsünüz?"

Nə zaman: "bir film gətirirəm (və ya kəşf etmişəm), axşam birlikdə izləyək" demisiniz?

Ən son nə vaxt: "sabah alış-verişə gedək (və ya get), sonra da bir məkanda kofe içək" demisiniz?

Nə zaman: atəşli bir gecənin sonunda qadınınıza sarılıb qoxusu ilə yuxuya getmisiniz?

İllərin ər-arvadı olaraq, nə zaman qadınınızın vücudunu tamamilə tanımısınız?

Və bəylər, ən son nə zaman ər olmaqdan çıxıb, qadınınız üçün sevgili olmusunuz?

Yorumlar

  1. Çox maraqlı və çoxlarının mətbuatda ,açıqda deyə bilmədikləri yəni utanc hissindən ürəklərdə toz bağlayıb yatan sözlər...nə zaman siz "arvad"ınıza qadın kimi yanaşsaniz,qadınlardan "həyat yoldaşı"təəsüratı alacaqsınız.təkcə ev işləri,uşaq dünyaya gətirmək üçün deyil ağ libasda,vağzalı havası atında duvaqlı ata evindən öz evinizə gətirdiyiniz qız...o öz dünyasını xəyalları,arzuları,yaşamaq istədiyi həyat üçün,qadınlıq hislərini sevgi ilə yaşasın deyə tərk edib...köhnə sevgili,təzə"ər" təkcə sənin çirkli corablarını yumaq üçün deyil...bütün hisslərinin ən gözəlini,ən qutsalını yaşasın deyə.övladını sevgi ilə qucağına alsın deyə...bunları saysam çox olar...niyə kişilərin zaman keçirdiyi qadının hissləri var həm də buna normal baxılır ,amma həyat yoldaşının olmamalıdır...belə qanun varmı?

    YanıtlaSil
    Yanıtlar
    1. Doğru... Bunları anlayacaq kapasitəyə sahib beyinlər olmalıdır. Bunun üçün isə sevginin nə olduğunu və insana verilən azadlığı bir insanın qısıtlamaq ixtiyarında olmadığını anlatmaq lazımdır.

      Sil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar